Son əlavə olunanlar

Mədəni irsimiz

Nizami məqbərəsi

Nizami məqbərəsi — dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olduğu Gəncə şəhərinin yaxınlığında yerləşir. Məqbərənin hündürlüyü 22,4 metrdir. En kəsiyi milli ornamentə uyğun olaraq 8 guşəlidir. Abidənin daxilində, onun lap aşağı hissəsində şairin sərdabası yerləşir. İlk sərdabənin tikintisi 13-14-cü əsrlərə aid edilir. Məqbərənin yaxınlığında ölməz şairin yaratdığı əsərləri tərənnüm edən tuncdan abidə yerləşir.

2500 yaşlı xalça

Keçən əsrin ortalarında Altayda yerli türklərin Pazırıq (Basırıq) dediyi yerdə qazıntı aparan rus arxeoloqları qədim kurqandan hamını heyrətə salan əşyalar aşkar edib. 

Mərkəzi Nəbatat Bağı

Bakı şəhərində ilk dəfə olaraq Botanika bağının yaradılması haqqında təkliflər artıq 1930-cu illərdə irəli sürülmüşdü. 

Ərdəbil xalçası

Azərbaycanda xalçaçılıq nümunələrinin yarandığı ilk şəhərlərdən biri Təbrizdir. Təbriz xalçaçılarının toxuduqları ən məşhur xalçaçılıq nümunəsi “Ərdəbil xalçası”dır. Bu xalça uzun müddət dünyanın ən böyük xalçası olub. Uzunluğu 11,5 metr, eni 5,34 metr, ümumi sahəsi 61 kvadratmetr olan xalça dünyanın nadir xalçalarından biridir.

Asəf Cəfərovun sənət dünyası

Xalq rəssamı Asəf Cəfərov 1927-ci ildə Bakıda, İçərişəhərdə anadan olub. O, əvvəlcə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə, sonra isə Moskvada B.İ.Surikov adına Rəssamlıq İnstitutuna daxil ololub.      

Bakıda görkəmli şəxslərin ev-muzeyləri

Müxtəlif ölkələrə gedərkən hər birimiz adətən bir çox tanınmış muzey və qalereyalarla tanış oluruq.