Son əlavə olunanlar

Mədəni irsimiz

Əfsanəvi futbol hakimi - Tofiq Bəhramov

Dünya futbol tarixinə “Qızıl fit” almış yeganə laynsman kimi düşən azərbaycanlı futbol hakimi Tofiq Bəhramov 1925-ci il yanvarın 29- da Ağdamda dünyaya göz açıb. Tofiq Bəhramov futbolçu karyerasına 1940-cı ildə başlayıb. O, əvvəlcə “Spartak”ın gənclərdən ibarət komandasında çıxış edib, sonra isə “Neftyanik”ə dəvət olunub. Lakin o, ayağından aldığı zədə nəticəsində futbolçu karyerasına erkən son qoyub.    

Seyid Şuşinski - Şərq musiqisinin incisi

Seyid Şuşinski 1889-cu il aprelin 12-də Şuşa qəzasının Horadiz kəndində anadan olub. Musiqiçilərin hörmətlə “Ağa” deyə üz tutduğu Seyid Şuşinskinin tam adı Mir Möhsün Ağa Seyid olub. Seyid nəslindən olduğuna görə ona “Ağa” deyə müraciət ediblər.  Balaca Seyid atasını uşaq yaşlarından itiridiyindən onun tərbiyəsi ilə xalası Məşədi Hürzad məşğul olub.   

Azərbaycanda kitab və kitabxanaçılıq

İnsan təfəkkürünün məhsulu olan kitab eyni zamanda tarixə ayna tutur, bizi keçmişdə baş verənlərdən xəbərdar edir. Hələ kağız olmdığı vaxtlarda qədim Misirdə kitablar papirus qabığı üzərində yazılırdı.

Azərbaycan səhnəsinin əfsanəvi Məcnunu - Hüseynqulu Sarabski

Azərbaycanın Xalq Artisti,  görkəmli aktyor, opera müğənnisi, rejissor, pedaqoq, tanınmış teatr xadimi Hüseynqulu Sarabskinin XX əsr milli musiqi mədəniyyətimizin tarixində özünəməxsus yer tutan sənətkarlardandır.  

Nizami Gəncəvi söz haqqında

Təkcə Azərbaycanın deyil, Şərqin və dünyanın dahi şairi Nizami Gəncəvi sözə yüksək qiymət vermişdir.   

Vəcihə Səmədova (1924-1965)

Azərbaycanın ilk peşəkar qadın rəngkarı, Əməkdar İncəsənət Xadimi Vəcihə Səmədova (1924-1965) Azərbaycan təsviri sənət tarixində öz layiqli dəsti-xətti və yaradıcılıq manerası ilə seçilən sənətkarlarımızdandır.