Son əlavə olunanlar

Xəbərlər

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Uşaqların Beynəlxalq Müdafiəsi Günü (ing. International Children's Day) - 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib.  

Gənc Tamaşaçılar Teatrında uşaqları maraqlı tamaşalar gözləyir

Əziz uşaqlar! Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının iyun ayında sizin üçün nəzərdə tutulan repertuarını təqdim edirik.      

Azərbaycan İstiqlal Muzeyində sərgi keçirildi

Mayın 27-də Azərbaycan İstiqlal Muzeyində 28 May – Respublika Gününə və 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir-sərgi keçirildi. 

Azərbaycanın gənc istedadları Belarusda “Zolotaya pçyolka” festivalında iştirak edəcəklər

Mayın 28-dən iyunun 1-dək 12 ölkənin gənc istedadları Klimoviçidə (Belarus) keçiriləcək “Zolotaya pçyolka” XIV Beynəlxalq uşaq yaradıcılığı festivalında iştirak edəcəklər. Bu festivala təqribən 30 nümayəndə heyəti – cəmi 700 nəfərdən çox iştirakçı gələcəkdir. İlk dəfə olaraq foruma Özbəkistandan və Türkmənistandan qonaqlar gələcəklər. Festivalda Azərbaycan, Qazaxıstan, Çin, Qırğızıstan, Latviya, Moldova, Rusiya, Ukrayna və Finlandiyadan olan nümayəndələrin iştirakı gözlənilir.      

Bakıda “Saf rənglər” II Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalı açılıb

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində ADRA-nın və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə “Saf rənglər” II Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalının açılışı olub. Festivalda “Azərbaycan 2015-ci il ilk Avropa Oyunlarının ev sahibidir”, “Mənim ölkəmin suveniri” və digər nominasiyalarında müsabiqəyə uşaq və yeniyetmələrin təsviri sənətin bütün janrları üzrə yaratdıqları müxtəlif ölçülü əl işləri təqdim olunub.    

Bakı Uşaq Teatrının yeni tamaşası - “Günahsız günahkarlar”

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Bakı Uşaq Teatrının yeni tamaşasının premyerası olub. “Günahsız günahkarlar” adlanan tamaşa Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb. Tamaşa müasir dövrün qlobal problemlərindən olan insan alverinin tanıdılmasına həsr edilib və maarifləndirici xarakter daşıyır.