Son əlavə olunanlar

Xəbərlər

Respublika Uşaq Kitabxanası yarışma keçirəcək

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Bakı şəhər uşaq və gənclər yaradıcılıq mərkəzləri arasında “Dünyanın mədəniyyət rəngləri” adlı yarışma keçirəcək. Yarışma 22 may - Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə təşkil olunacaq. Yarışmada Bakı şəhərinin Nəsimi, Sabunçu, Yasamal, Səbail, Binəqədi, Xətai, Nərimanov, Qaradağ, Xəzər, Suraxanı, Pirallahı və Nizami rayonlarının uşaq və gənclər yaradıcılıq mərkəzləri iştirak edəcək.   

Kukla teatrı maraqlı tamaşalar hazırlayıb

Kukla teatrı qədim teatrlardan biri olmaqla yanaşı, həmçinin ən beynəlmiləl incəsənət növüdür.  Kukla canlı deyil, lakin aktyor onu əlinə alanda canlanır.  Əziz uşaqlar! Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının may ayının ikinci yarısı üçün repertuarını təqdim edirik.      

Gənc Tamaşaçılar Teatrında uşaqları maraqlı tamaşalar gözləyir

Əziz uşaqlar! Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının may ayının ikinci yarısında sizin üçün nəzərdə tutulan repertuarını təqdim edirik.   

Rus Dram Teatrında uşaqları maraqlı tamaşalar gözləyir

Əziz uşaqlar! Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının may ayının ikinci yarısında uşaqlar üçün nəzərdə tutulan repertuarını təqdim edirik.    

Budapeştdə Azərbaycan gənc rəssamlarının əsərlərindən ibarət sərgi açılmışdır

Mayın 14-də Budapeştin məşhur "Koqart" qalereyasında gənc Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılmışdır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə təşkil olunan sərgidə 29 rəssamın 135 işi nümayiş etdirilir. Sərgi Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin dəstəyi ilə "Dirçəliş" Gənclərin Sosial Psixoloji Reabilitasiyası Mərkəzi tərəfindən təşkil olunmuşdur.  

Moskvada Azərbaycana həsr olunmuş “Kitabxana gecəsi”

Moskva məktəbliləri üçün Azərbaycana həsr olunmuş “Kitabxana gecəsi” aksiyası keçirilib.  Aksiya Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi Moskva Şəhər Kitabxana Mərkəzi  və General Kərim Kərimov adına 157 nömrəli orta məktəblə birlikdə təşkil edilib.