Xəbərlər

Dünyanın müxtəlif ölkələrində şagirdlər necə qidalanır?

ABŞ nəşri olan BuzzFeed dünyanın bir sıra təhsil mərkəzində uşaqların nahar yeməklərinin şəkillərini dərc edib. Düzdü, seçim o qədər də düzgün deyil. Özəl məktəblərdə qidaların keyfiyyəti əla, dövlət məktəblərində isə nisbətən zəifdir. Elə bölgələr var ki, məktəblilər üçün nahar, ümumiyyətlə, nəzərdə tutulmayıb və uşaqlar yeməyi özləri ilə gətirirlər. Buna baxmayaraq, naharların xüsusiyyətlərini və həkimlərin mövqeyini müqayisə etmək pis olmaz.
 
Yaponiya. Qızardılmış balıq, qurudulmuş yosunlar, pomidor, kartoflu şorba, düyü və süd.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ABŞ. Ostin, Texas ştatı. Hind quşu ilə salat, kartof püresi, şaftalı piroqu, buzla çay.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Cənubi Koreya. Küncüt yarpaqlarından tutma, soya pastası, raqu, düyü və bir neçə salxım üzüm.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şanxay (Çin), alman məktəbi. "Fri" kartof ilə sosiska, kök salatı və bir dilim tort.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İsrail. Falafel, pit, xiyar souslu yoğurt, göyərti.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Finlandiya. Salat, toyuq, lobya və kök, pudinq, süd. Fin məktəblərində mütləq menyu yoxdur. Uşaqlar nə istədiklərini bir neçə yemək içərisindən seçirlər. Şagirdləri isə yeməyin 50 faizininin salat və başqa faydalı qidalardan ibarət olmasına inandırmaq müəllimlərin vəzifəsidir. Finlandiyada uşaqlar məktəbə 5 yaşından gedirlər və “düzgün qidalanma” anlayışı erkən yaşlarından formalaşdırılır.
 
 
 
 
 
 
 
 
 
 
 
Çexiya. Tərəvəz şorbası, ispanaq və kartof ilə sarımsaqlı mal əti, naringi.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Braziliya. Ətlə düyü, yaşıl salat, pudinq və çiyələk şirəsi.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ukrayna. Şorba, bir neçə dilim kolbasa, makaron, duzlu xiyar, çörək və çay.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Barselona (Kataloniya, İspaniya). Pomidor və salat ilə qızardılmış balıq, çörək və alma.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Böyük Britaniya. Yeməkxanalarda veqeteriyan yeməklər mövcuddur (Birləşmiş Krallığın məktəblərində çox sayda hindistanlı təhsil alır). Menyuya adətən noxud, kartof, kremli tort daxildir. Kartofun əvəzinə pendirli gül kələmini də seçmək olar. Adi uşaqlar üçün isə adətən sosiska, hamburqer və ya toyuq, salat, alma nəzərdə tutulur.
 
 
 
 
 
 
 
 
 
 
 
Çennayi (Hindistan). Mərci şorbası, balqabaq salatı, düyü, kəsmik və kefir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Fransa. Fri kartof ilə toyuq və brokkoli, çörək, tərəvəz ilə makaron, salat və tort dilimi.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İsveç. Veqeteriyan qida: kartof, kələm və lobya salatı, kreker və mərsin şirəsi.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Havana (Kuba). Paxla, düyü, qızardılmış banan, balıq dilimi.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Rusiya. Son zamanlar Moskvada məktəb qidalanması sistemində islahatlar keçirilib. Səhər yeməyi və naharların hazırlandığı mətbəxlərin fəaliyyətinə son qoyulub. Hazırda qidanın hazırlanması ilə iri kombinatlar məşğul olur. Yeməklər adətən səhərlər gətirilir. Məktəb yeməkxanalarında isə onlar sadəcə qızdırılır. Adətən paytaxt məktəblərində nahar şorba, makaronla kotlet, bir qədər tərəvəz və şirədən ibarət olur.