Son əlavə olunanlar

Xəbərlər

“Bakcell” gözdən əlil uşaqlar arasında şahmat və dama turnirinə dəstək verib

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti aprelin 25-dən mayın 5-dək Bakıda keçirilən gözdən əlil uşaqlar arasında şahmat və dama turnirinə dəstək göstərib. 

Bakı məktəbliləri arasında atletika dördnövçülüyü üzrə yarış keçirilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri (qızlar) arasında atletika dördnövçülüyü üzrə yarış keçirilib.

Kubik-rubik yığılmasında yeni dünya rekordu

22 yaşlı avstraliyalı Feliks Zemdeqs kubik-rubikin sürətli yığılması üzrə yeni rekorda imza atıb. 

G.Şaroyev adına musiqi məktəbinin şagirdləri respublika müsabiqəsində uğurla çıxış ediblər

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar keçirilən III respublika müsabiqəsində iştirak ediblər.

Şuşanın işğalının 26-cı ildönümü “Bir də dönsəm Şuşaya” adlı tədbirlə qeyd edilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Şuşa şəhərinin işğalının 26-cı ildönümü ilə əlaqədar “Bir də dönsəm Şuşaya” adlı tədbir keçirilib.

Səbaildə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda rayon məktəblilərinin konfransı keçirilib

Artıq 3-cü ildir ki, Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun orta  ümumtəhsil məktəblərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbirlər çərçivəsində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktiki konfranslar keçirilir.