Şuşanın işğalının 26-cı ildönümü “Bir də dönsəm Şuşaya” adlı tədbirlə qeyd edilib
Bakı, 8 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Şuşa şəhərinin işğalının 26-cı ildönümü ilə əlaqədar “Bir də dönsəm Şuşaya” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə 1992-ci ilin mayın 8-də Azərbaycanın dilbər guşəsi, musiqi və mədəniyyət ocağı olan Şuşa şəhərinin işğalı nəticəsində nadir tarix-memarlıq abidələrinin, qədim tikililərin, yaşayış binalarının, zəngin muzey və kitabxanaların, bir vaxtlar təkrarolunmaz təbiətinə görə “Qafqazın cənnəti” adlandırılan yerlərin xarabazara çevrilməsindən və düşmən tərəfindən talan edilməsindən söhbət açılıb.
Sonda “Bir də dönsəm Şuşaya” adlı sərgi və eyniadlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
07.05.2018