Son əlavə olunanlar

Bu maraqlıdır!

İlk avtomobil neсə peyda olub

Bu hadisə 120 il bundan əvvəl baş verib. Buxar mühərrikli ilk qurğular hələ 17-ci əsrdə meydana çıxmağa başlayıb. Lakin onlar yavaş hərəkət edir, güclü səs çıxarır, həmçinin çoxlu tustu buraxırdı.

Ecazkar yeraltı dünya - metro

London metropoliteni dünyada ən qədim metrodur. İlk metro məhz İngiltərədə inşa olunub. O, 1863-cü ildən bu yana fasiləsiz olaraq xidmət göstərir və hər gün 3 milyon insan daşıyır ki, bu da bir ildə 1 milyard sərnişin deməkdir.

Beynəlxalq Kosmik Stansiya (BKS)

Beynəlxalq Kosmik Stansiya (BKS) 1999-cu ildən fəaliyyət göstərir. ABŞ, Rusiya, Avropa və Yaponiyanın müştərək layihəsi olan bu pilotlu orbital stansiyadan çoxşaxəli kosmik tədqiqat kompleksi kimi istifadə edilir.

Robot nədir?

“Robot” dedikdə nə başa düşürük? Bu anlayışın tərifi çoxdur. Çexiya yazıçısı Karel Çapek 1920-ci ildə insanın yerinə işləyən mexaniki adamlar haqqında pyes yazıb. O, bu mexaniki adamları robot adlandırıb. “Robot” çex dilindən tərcümədə “işçi” deməkdir. Beləcə, həmin söz dünyanın bütün dillərinə daxil olub. Bəs “robot” sözü daha geniş mənada nə deməkdir?   

Qışda nə üçün qar yağır?

Qar külli miqdarda yüngül və yaxından baxdıqda inanılmaz dərəcədə gözəl qar dənələrindən ibarətdir. Qar dənələri göydən yerə enərək düzlərə, meşələrə, yollara, evlərə və adamların üzərinə tökülür.  

Göydən asılı vəziyyətdə

Alp dağları XIX əsrin ortalarında. O vaxtadək az qala bütün dünyadan təcrid olunmuş bu diyara ingilis turistləri axışmağa başlayır. Varlı ingilislərin bir qismi sanatoriyalarda müalicə olunur, səfalı dağ havası udur, digərləri xizəklə vadiyə sürüşmək üçün yamaclarla yuxarı dırmaşırdılar. İsveçrə getdikcə dəbdə olan istirahət və müalicə məkanına çevrilir.