Son əlavə olunanlar

Bu maraqlıdır!

Eynək

Qövsvari  sağanaqda bir cüt şüşədən sadə nə ola bilər? Amma zəif gözlərə ən xırda hərifləri seçməkdə kömək edən bu dahiyanə ixtira insanlar tərəfindən istifadə olunana qədər uzun yol qət edib. Qədim zamanlarda görmə qabiliyyətini itirən insanlar yardıma ümid bəsləmirdilər. 

İnsanın ikitəkərli dostu

Almaniyanın Manheym şəhəri, 1817-ci ilin yayı. Saray parkında gəzişənlərin ağızları açıla qalmışdı: təkərləri olan taxta çubuğu minən qüsursuz geyinmiş görkəmli bir cənab ayaqlarını yerdən üzərək adamların yanından şütüyüb keçirdi. 

Əsrarəngiz qotika

Qədim zamanlarda az qala söyüş sayılan italyan mənşəli “qotika” sözü  “adət edilməyən” və ya “barbar” mənasını verir. İlk qotik binalar əcaib-qəraib görünsə də, heyrət doğururdu. Bəs orta əsrlərə aid bu tikililər nə ilə seçilirdi?

Yer kürəsi nəyin üzərində dayanır?

Nə üçün cisimlər fırlanan Yer səthindən öz-özünə aralanmır? Planetlər nəyin üzərində dayanır? Nə üçün onlar Günəşin ətrafında hərəkət edir, lakin ondan kənara çıxmır? Biz bu həqiqətin kəşfinə görə ingilis alimi İsaak Nyutona borcluyuq. O, kainatın bütün cisimləri arasında cazibə qanununun mövcudluğu fikrinə gəlib.  

Amerika Birləşmiş Ştatları

Amerika Birləşmiş Ştatları dünyanın iqtisadi baxımdan ən qüdrətli dövlətlərindən biridir. Bu ölkədə təbiətin gözəlliyi və  insanın yaratdığı xariqələr diqqəti cəlb edir.  Amerikalılar öz ölkələri ilə fəxr edirlər.   

Yapon teatrı

Avropa teatrına öyrəşən hər bir adam yapon teatrından böyük heyrət içində çıxır, axı bu teatrın bənzəri yoxdur. Burada pyesin quruluşu və səhnə  tərtibatı  qanunları tamamilə başqa, aktyor oyunu, kostyum və qrim olduqca özünəməxsusdur. Dekorasiya isə ümumiyyətlə yoxdur.