Son əlavə olunanlar

Bu maraqlıdır!

Enerji

“Enerji” sözü yunan mənşəli “energia”dan əmələ gəlib “hərəkət, fəaliyyət” mənasını bildirir. Ətrafımıza göz gəzdirsək, onda görərik ki, çevrəmizdə daim nə isə baş verir: külək əsir, ağacların yarpaqları tərpəşir, insanlar gəzir, avtomobillər hərəkət edir, oğlanlar futbol oynayır, buludlar axır, təyyarələr uçur, bənnalar ev tikir, qaldırıcı kran yük qaldırır.   

Dinozavrların nəsli bütün qitələrdə eyni vaxtda kəsilib

Şimali Amerikada tapılan daşlaşmış heyvan qalıqları Yer kürəsində dinozavrların nəslinin qəflətən kəsilməsinə asteroidin səbəb olması barədə nəzəriyyəni artıq təsdiq edib.  İndi  isə alimlər Avropada da bunu əsaslandırıblar və belə bir qənaətə gəliblər ki, dinozavrlar bütün Yer kürəsində eyni vaxtda  və  çox sürətlə   qırılıb. 

Safaridə dramatik hadisə

İki fotoqraf  Botsvananın şimalına safariyə yola düşmək qərarına gəlir. Onlar burada çox maraqlı bir əhvalatın şahidi olurlar. Təsadüfən dişi şirlər tərəfindən təqib olunan bir dəstə ( təqribən 30) babuinə  rast gəlirlər. Təəssüf ki, şir meymunlardan birini yaxalayır.   

Dominonun tarixi

Domino oyununun çoxəsrlik tarixi var. Qədim Çin əfsanələrinə görə bu oyun artıq XII əsrdə Şərqdə məşhur olub. Onun ilk növü əsasında daha 47 variantı meydana çıxıb ki, həmin oyunlarda istər ağ-qara, istərsə də rəngbərəng daşlardan istifadə olunub. 

Kitabı bir karandaşla yazmaq olarmı?

Hesablanıb ki, 18 santimetrlik qrafiti olan karandaşla 55 kilometr uzunluğunda xətt çəkmək və ya 45 000 söz yazmaq olar. “Karandaş” sözünün özü türk dillərinə məxsus “kara” (“qara”) və “taş” ( “daş”) sözlərindən əmələ gəlib, qara daş mənasını verir. 

Nə üçün tısbağanın qını altıbucaqlılardan ibarətdir?

Tısbağa qını bu formada özəklər sayəsində asanlıqla böyüyür. Axı, tısbağa böyüdükcə,  qını da onunla bərabər böyüyür, özü də bütün sahə boyu bərabər şəkildə. Tısbağa qını bir-birinə geydirilən parket taxtalarını xatırladan, lakin kənarları "boy atmaq" bacaran ayrı-ayrı lövhəciklərdən formalaşır.