
Tısbağa qını bu formada özəklər sayəsində asanlıqla böyüyür. Axı, tısbağa böyüdükcə, qını da onunla bərabər böyüyür, özü də bütün sahə boyu bərabər şəkildə. Tısbağa qını bir-birinə geydirilən parket taxtalarını xatırladan, lakin kənarları "boy atmaq" bacaran ayrı-ayrı lövhəciklərdən formalaşır. Əgər bu lövhəciklər bütün istiqamətlərdə bərabər inkişaf etsəydi, onda dairə şəklində olardı. Lakin dairələr bir-birinə yapışa bilmir, çünki arada mütləq boşluqlar qalır. Səthi deşiksiz və boşluqsuz doldura bilən yastı fiqurlar o qədər də çox deyil. Ən sadələri üç düzgün çoxbucaqlı - üçbucaq, kvadrat və altıbucaqdır. Amma böyüyən sahə kvadrat və ya bərabərtərəfli üçbucaq formasını çətin ki qoruyub saxlaya bilsin. Yeni forma hüceyrələrin bölünməsi və miqrasiyası yolu ilə əmələ gəlir, hüceyrələr isə nə bucaqları ölçməyi, nə də məsafəni hesablamağı bacarır. Bu baxımdan altıbucaq səthi doldurmağa yarayan ən sadə fiqurdur: onun forması digər fiqurlara nisbətən dairəyə daha çox oxşayır. Elə qını da altıbucaqlar əmələ gətirir. Yanlardan inkişaf edən lövhəciklər isə əsas lövhəciklərə elə şəkildə birləşir ki, bu zaman qının kənarları hamar olur.
22.01.2015