Bu maraqlıdır!

Safaridə dramatik hadisə

İki fotoqraf  Botsvananın şimalına safariyə yola düşmək qərarına gəlir. Onlar burada çox maraqlı bir əhvalatın şahidi olurlar. Təsadüfən dişi şirlər tərəfindən təqib olunan bir dəstə ( təqribən 30) babuinə  rast gəlirlər.  Təəssüf ki, şir meymunlardan birini yaxalayır. Fotoqraflar  hadisəni müşahidə etmək qərarına gəlirlər, çünki ölü meymunun balasının hələ də onun qucağında olduğunu görürlər.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şir ölü meymunu aparmaq istəyəndə bala meymun anasının cansız bədənini buraxıb yaxınlıqdakı ağaca tərəf  qaçır ki, dırmaşıb canını qurtarsın. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
... amma bunu etməyə gücü çatmır. Şir ona yaxınlaşır. Fotoqraflar şirin onu parçalayacağını gözlədikləri  anda...
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
... çox təəccüblü də olsa, şir körpə babuinə yalnız nəvaziş göstərir. O, hürkmüş bala meymunla oynamağa başlayır. Bala meymun  yaralı və çox zəifdir. Növbəti kadr hamı  üçün lap gözlənilməz olur...
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bala meymun  sakitləşib şirlə oynamağa başlayır.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Başqa şirlər də yaxınlaşıb maraqla tamaşa edir. Heç biri bala meymunu incitməyə çalışmır. Erkək şir gələndə  vəziyyət dəyişir ... Hiddətlənən erkək şirin  vəhşi nəriltisi ətrafa yayılsa da, onun nəriltisinə  cavab gözlənilməz olur...
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yaxınlıqdakı ağacın budaqlarında oturan erkək babuinlər  bu hadisəni dəqqətlə izləyir. Fürsət düşən kimi onlardan biri aşağı tullanıb  bala meymunu özü ilə aparır.