Son əlavə olunanlar

Bu maraqlıdır!

Laplandiyadan müşahidə olunan şimal şəfəqi heyrətamiz mənzərədir

Şimali Finlandiya həqiqətən də nağıllar aləmidir. Hətta siz Santa Klausun iqamətgahında olmağa, itlərin və ya maralların dartdığı qoşquda gəzməyə macal tapsanız belə, bu diyar sizi yenə də təəccübləndirməyə nəsə tapar. Məsələn, ovsunlayıcı şimal şəfəqi. Şimal şəfəqini müşahidə etmək üçün ən yaxşı yer Laplandiyadır.

Yuta - ABŞ-ın ən qeyri-adi ştatı

Yuta ştatı ABŞ-ın coğrafi zənginliyi ilə seçilən ən qeyri-adi  ştatıdır.  Ştatın xeyli hissəsi dağlardan ibarətdir. Kolorado, San-Xuan və Qrin-River çayları Yuta torpaqlarından axıb gedir. Adına görə ştat “yuta” (“dağ uşaqları”)  adlanan  hindi qəbiləsinə borcludur. Avropadan ilk kolonistlər gələnə qədər müasir Yutanın ərazisində yuta, puebo, navaxo hindiləri yaşayıblar. İspanlar bura gələn ilk avropalılardır. 

Möcüzəli maqnit

Maqnit tez-tez istifadə olunan əşya deyil. Hətta bəzən özünü xatırlatmasaydı, onun varlığını  unutmaq da olardı. Məsələn, hansısa görünməz qüvvənin təsiri ilə soyuducunun qapısı çırpılanda. Axtarışlarımızı davam etdirsək bu dilsiz-ağızsız zəhmətkeşləri az qala hər küncdə-bucaqda görə bilərik.

Diyircəkli konkilər nə zaman yaranıb?

Diyircəkli konkilərin (roliklərin) yaradıcısı Belçika ixtiraçısı Jan Jozef Merlen (1735-1803) sayılsa da,  o,  bu işdə birinci olmayıb. Çünki təkərlər üstündə ayaqqabılar haqqında ilk məlumat 1743-cü ilə -  Jan Jozefin  uşaqlıq dövrünə təsadüf edir. Təəssüf ki, ixtiraçının adı tarixdə qalmayıb. 

Müsəlman ixtiraçılar dünyaya nələri bəxş edib

Hazırda müsəlmanlara qərəzli və çox vaxt bədxah münasibətə baxmayaraq, onlar dünyaya çox şey bəxş ediblər. Bu gün qəhvə içdiyimizə, restoranlarda üç yeməkdən ibarət nahar şifariş verdiyimizə və daha sonra bizə çek gətirdiklərinə görə dünya müsəlmanlara borcludur. Bəs, İslam aləmi dünyaya daha nələr bəxş edib?  

Moai Pasxa adasının müəmmalı heykəlləridir

Sakit okeanda, insanların yaşadığı Pitkeyr adasının 2600 kilometrliyində  kiçik quru sahəsi yerləşir. Bu ərazi Yer kürəsinin ən xəlvəti yerlərindən biri sayılır.  Yerli sakinlər onu Rapa-Nui adlandırırlar. Dünyada isə həmin ərazi Pasxa adası adı ilə məşhurdur. Holland Yakob Roqqeven 1722-ci ildə bu adanı məhz Pasxa - bazar günü kəşf etdiyi üçün onu belə adlandırıb.  Hazırda həmin ada Çiliyə məxsusdur.