Son əlavə olunanlar

Bu maraqlıdır!

Əsrarəngiz qotika

Qədim zamanlarda az qala söyüş sayılan italyan mənşəli “qotika” sözü  “adət edilməyən” və ya “barbar” mənasını verir. İlk qotik binalar əcaib-qəraib görünsə də, heyrət doğururdu. Bəs orta əsrlərə aid bu tikililər nə ilə seçilirdi?

Yer kürəsi nəyin üzərində dayanır?

Nə üçün cisimlər fırlanan Yer səthindən öz-özünə aralanmır? Planetlər nəyin üzərində dayanır? Nə üçün onlar Günəşin ətrafında hərəkət edir, lakin ondan kənara çıxmır? Biz bu həqiqətin kəşfinə görə ingilis alimi İsaak Nyutona borcluyuq. O, kainatın bütün cisimləri arasında cazibə qanununun mövcudluğu fikrinə gəlib.  

Amerika Birləşmiş Ştatları

Amerika Birləşmiş Ştatları dünyanın iqtisadi baxımdan ən qüdrətli dövlətlərindən biridir. Bu ölkədə təbiətin gözəlliyi və  insanın yaratdığı xariqələr diqqəti cəlb edir.  Amerikalılar öz ölkələri ilə fəxr edirlər.   

Yapon teatrı

Avropa teatrına öyrəşən hər bir adam yapon teatrından böyük heyrət içində çıxır, axı bu teatrın bənzəri yoxdur. Burada pyesin quruluşu və səhnə  tərtibatı  qanunları tamamilə başqa, aktyor oyunu, kostyum və qrim olduqca özünəməxsusdur. Dekorasiya isə ümumiyyətlə yoxdur.   

Laplandiyadan müşahidə olunan şimal şəfəqi heyrətamiz mənzərədir

Şimali Finlandiya həqiqətən də nağıllar aləmidir. Hətta siz Santa Klausun iqamətgahında olmağa, itlərin və ya maralların dartdığı qoşquda gəzməyə macal tapsanız belə, bu diyar sizi yenə də təəccübləndirməyə nəsə tapar. Məsələn, ovsunlayıcı şimal şəfəqi. Şimal şəfəqini müşahidə etmək üçün ən yaxşı yer Laplandiyadır.

Yuta - ABŞ-ın ən qeyri-adi ştatı

Yuta ştatı ABŞ-ın coğrafi zənginliyi ilə seçilən ən qeyri-adi  ştatıdır.  Ştatın xeyli hissəsi dağlardan ibarətdir. Kolorado, San-Xuan və Qrin-River çayları Yuta torpaqlarından axıb gedir. Adına görə ştat “yuta” (“dağ uşaqları”)  adlanan  hindi qəbiləsinə borcludur. Avropadan ilk kolonistlər gələnə qədər müasir Yutanın ərazisində yuta, puebo, navaxo hindiləri yaşayıblar. İspanlar bura gələn ilk avropalılardır.