Son əlavə olunanlar

Bu maraqlıdır!

İlk uçan aparatlar necə yaranıb?

İnsanlar hər zaman güclü cazibə qüvvəsinə qalib gəlməyə can atıb. Tüstünü və isti havanı müşahidə edən insanlar onların havalanma xüsusiyyətlərindən istifadə etmək fikrinə düşüblər

Yerdən Aya nə qədər məsafə var?

Ay bizim planetimizdə nə varsa özünə tərəf çəkir. O, ən asan suyu cəzb edir və Yerdə qabarma və çəkilmələri formalaşdırır. Lakin Ay min illər ərzində insanların diqqətini də özünə cəlb edərək yüzlərlə sual və müəmma yaratmağı bacarıb.

Maddənin aqreqat halları

Yer kürəsində maddəyə üç vəziyyətdə təsadüf edilir: bərk, maye və qaz şəklində. Maddənin bu hallarını çox vaxt aqreqat halları adlandırırlar. Eyni maddə vəziyyətdən asılı olaraq bu halların birində ola bilər. Məsələn, buz, su və buxar halında. Yaxud başqa bir nümunə: otaqdakı hava qaz şəklindədir, amma -193 dərəcəyə qədər soyudulsa mayeyə, -213 dərəcəyə qədər soyudulsa isə bərk cismə çevrilər.

Vikinqlər – dəniz fatehləri

Bu amansız və döyüşkən xalq IX əsrin əvvəllərindən XI əsrin ortalarınadək təqribən üç əsr ərzində bütün Avropanı vahimə içində saxlayıb. Vikinqlər parlaq zolaqlı yelkənli gəmilərində bir göz qırpımında haradansa peyda olur, hücum çəkərək qarət edir və əsir götürərək yenidən öz sürətli gəmilərində gözdən itirdilər.   

Fizika

“Fizika” yunan sözü olan “physics” sözündən əmələ gəlib və mənası “təbiət” deməkdir. Təbiətin tədqiqinə həsr edilmiş ilk kitab belə adlanırdı. Bu kitabı  hələ eramızdan əvvəl IV əsrdə Aristotel yazmışdı. Fizika təbiət haqqında əsas elmlərdən biridir. O, mexaniki, istilik, elektrik və maqnit hadisələrini öyrənir, təbiətdə baş verən hadisələrin və proseslərin tabe olduğu qanunları müəyyən edir. 

Daimi mühərrik

“Perpetuum mobile” söz birləşməsi latıncadan tərcümədə “daim mütəhərrik” deməkdir, amma tez-tez “daimi hərəkət” və ya “daimi mühərrik” kimi tərcümə olunur. Daimi mühərrik elə bir xəyali maşındır ki, işə salınanda kənardan enerji almadan uzun müddət fasiləsiz işləyir. Belə bir maşının qeyri-məhdud müddət işləmək imkanı heç nədən enerji əldə etmək demək idi.