Son əlavə olunanlar

Bu maraqlıdır!

Teleskopda nə görünür?

Uzaqda yerləşən obyekti görmək üçün, onu gözə yaxınlaşdırmaq lazımdır. Bəs ulduzları necə yaxınlaşdıraq? Əgər suya daş atsaq, onun kənarlarında dairələr yayılacaq. İşıq da dalğalar kimi hərəkət edir, lakin tezliyi yüksək olduğu üçün gözlə görünmür. Səs də bu şəkildə yayılır. Gözlərimizin görə, qulaqlarımızın isə eşidə bilmədiyi görünməz dalğalar da mövcuddur. Onlar uzaq ulduzlardan gəlir. Alımlər kosmosu tədqiq  etmək üçün kosmik dalğaların dilini “tərcümə” edən qurğular icad ediblər. Bu, teleskopdur. 

Nəyə görə “ərəb” rəqəmləri əslində “Hindistan” rəqəmləridir?

Qədim zamanlarda rəqəmlər çubuqlarla işarə olunurdu. Bir çubuq vahidi, iki çubuq 2 rəqəmini və sairə ifadə edir. Bu üsul indi də “rum rəqəmlərində” öz şəklini saxlayıb. Biz Qədim Roma sistemindən yubiley tarixlərini, kitablarda fəsilləri və başqa rəqəmləri yazarkən istifadə edirik. Böyük sayları təsvir etmək üçün bu üsul yararsız idi, buna görə də insanlar 5, 10 və başqa rəqəmlər üçün işarələr fikirləşməyə məcbur olublar. Müxtəlif xalqlarda rəqəmlər müxtəlif şəkillərdə işarə edilirdi. Nömrələr sistemi - böyük sayları ifadə etmək üçün rəqəmlər birləşməsi də biri-birindən fərqlənirdi.

Nəyə görə gecə ilə gündüz yerini dəyişir?

Gecə gündüzü, gündüz isə gecəni əvəz edir. Biz buna alışmışıq və günəşin gecə hara gizləndiyi haqda düşünmürük. Bizə elə gəlir ki, o, göyün üzü ilə hərəkət edir – gündüz çıxır, gecə ilsə üfüqdə batır. Bəs bizim planetdə gəcə ilə gündüz niyə yerini dəyişir?

Nə üçün su odu söndürür?

Əgər şamı suya salsaq, o sönəcək. Bu hansı səbəbdən baş verir? Çünki şamın yanması üçün hava lazımdır. Su ona görə odu söndürür ki, havanı yanan əşyaya tərəf buraxmır.

Alovun rəngi nədən asılıdır?

Laboratoriya şəraitində rəngsiz alov almaq mümkündür. Onu yalnız yanan yerdə havanın titrəyişinə görə müəyyən etmək olar.

Kainatın ölçüsü nə qədərdir?

Biz kainatın nə böyüklükdə olduğunu nəinki bilmirik, hətta bunu təsəvvür belə etməyə çətinlik çəkirik. Əgər biz Yer kürəsindən uzaqlaşmağa başlasaq, bunun səbəbini anlayarıq