İnsanlar suyun altında necə nəfəs alır?
İnsanlar qədim dövrlərdən bu yana heç bir qurğuya malik olmadan dəniz və okeanların dərinliyinə daxil olmağa çalışıblar. Suya baş vurmanın uğuru yalnız ağciyərlərin gücündən asılı idi. Bu imkanlar hətta peşəkar dalğıclarda belə xeyli məhduddur. Su havadan, demək olar ki, 800 dəfə ağırdır. Suya baş vurarkən insan əlavə təzyiqə məruz qalır və bu, dərinlikdən asılı olaraq tədricən artır. Suyun döş qəfəsinə təzyiqi nəticəsində nəfəs almaq çətinləşir. Dənizin dərinliyini fəth edərkən insan nəfəsini saxlamaq bacarığını inkişaf etdirir.