Son əlavə olunanlar

Bu maraqlıdır!

Mirvari

Mirvari yaqanə heyvan mənşəli qiymətli daşdır. O, brilyant və ya zümrüd daşları kimi yeraltı mədənlərdə deyil, İkitaylı molyuskların çanağında formalaşır.  Bəs çanağın içinə mirvari necə düşür?  Qədim yunanlar hesab edirdilər ki, mirvarilər – su pərilərin bərkimiş göz yaşlarıdır. 

Əsatirlər

“Əsatir” sözü qədim yunan dilindən tərcümədə “əfsanə”, “dastan”, “rəvayət” mənasını verir. Əsatirlər ən qədim zamanlarda yaranıb. Onlarda insanların xeyir və şər, igidlik və qorxaqlıq, ədalət və xəyanət haqqında təsəvvürləri öz əksini tapıb. Əsatirləri ayrı-ayrı adamlar deyil, bütöv nəsillər, xalqlar yaradıb. Əsrlər boyu bu əsatirlərə düzəlişlər, əlavələr edilib, dildən-dilə keçib və nəticədə onlar müdrik fikirlərlə zəngin məzmun və əzəmətli gözəllik kəsb edib.   

Buzlu güllər

Arktikada inanılmaz dərəcədə gözəl bir mənzərəyə rast gəlmək olar - buzlu güllərə. Alimlər nazik buz səthində yaranan bir neçə santimetr hündürlüyündə kristalları “buz güllər” adlandırır.  Hesab olunur ki, buz güllər bir neçə yolla yaranır. Birinci halda su buxarı kondensasiya olunaraq atmosfer yağıntıları şəklində buzlaqların üzərinə çökəndə, buz kristallarına çevrilir. 

Dövrə vuran dərvişlərin rəqsi

Hətta heç vaxt Türkiyədə olmasanız belə, əminik ki, başlarına hündür papaq qoyan, dövrə vuraraq rəqs edən ağ libaslı kişilərin foto və ya videosunu həyatınızda, heç olmazsa, bir dəfə görmüsünüz. Onlar dərvişdir, çox maraqlı həyat tarixçəsi və ayinləri olan müsəlman zahidləridir. İndi Türkiyədə bir çox tamaşalarda dərvişlərin rəqsini görmək olar. Bəs “dərvişlərin rəqsi” nə deməkdir? Dərvişlər kimdir? 

Eynək

Qövsvari  sağanaqda bir cüt şüşədən sadə nə ola bilər? Amma zəif gözlərə ən xırda hərifləri seçməkdə kömək edən bu dahiyanə ixtira insanlar tərəfindən istifadə olunana qədər uzun yol qət edib. Qədim zamanlarda görmə qabiliyyətini itirən insanlar yardıma ümid bəsləmirdilər. 

İnsanın ikitəkərli dostu

Almaniyanın Manheym şəhəri, 1817-ci ilin yayı. Saray parkında gəzişənlərin ağızları açıla qalmışdı: təkərləri olan taxta çubuğu minən qüsursuz geyinmiş görkəmli bir cənab ayaqlarını yerdən üzərək adamların yanından şütüyüb keçirdi.