Son əlavə olunanlar

Bu maraqlıdır!

Şüşə nədən və necə hazırlanır?

Şüşə ilə tanışlığımızı bir sual və onun cavabı ilə başlayaq: Şüşəni nədən hazırlayırlar? Şüşənin tərkibi çox sadədir – yəni kvars qumu, soda və əhəngdən ibarətdir.  

İlin fəsilləri

Təsəvvür edin ki sehrbaza rast gəlmisiz. O sizə söz verir elə eləsin ki, çöldə həmişə yay olsun. Siz yəqin əvvəlcə çox sevinərdiz: axı artıq yay tətilləri sona yetməyəcək! Bundan sonra bütün il ərzində velosiped sürüb, çayda çimib, günəş altında qaralmaq mümkün olacaq.

Şərqi Afrika Sınma Zolağı

Yer qabığının ən uzun çatı olan Böyük Afrika Rifti tədricən genişlənərək, 6750 kilometr uzanır. Vaxtı gələndə Şərqi Afrika qopub qitədən  ayrılacaq, Qırmızı dəniz isə Afrikanı Ərəbistan yarımadasından ayıraraq Aralıq dənizi ilə birləşəcəkdir.   

Ginnesin Rekordlar Kitabı

Hansı heyvan daha sürətli qaçır? Dünyanın ən soyuq yeri haradır? Bəs ən hündürə tullanan insan kimdir? Bu və başqa suallara cavab tapmaq üçün insanlar daim canlıları və təbiət hadisələrini müşahidə ediblər və bəzi göstəriciləri yaxşılaşdırmağa cəhd göstəriblər. 

Bürclər

Səmada ulduzların sayı o qədər çoxdur ki, keçmişdə astronomlar onları tədqiq etmək asan olsun deyə səmanı hissələrə, ulduzları isə bürclərə bölüblər. Əgər bəzi ulduzları bir-biri ilə şərti xətlərlə birləşdirsək, qarşımızda bu bürclərin adını daşıdığı nağıl qəhrəmanları və ya heyvanların cizgilərini görə bilərik.  

Daşqın zamanı nə etməli?

Ən ağır təbii fəlakətlərdən biri də daşqındır. Daşqınlar çaylarda suyun səviyyəsinin kəskin surətdə qalxması nəticəsində yaranır. Güclü leysan, qarın sürətlə əriməsi və digər səbəblərdən yaranan daşqın bəzən böyük fəlakətlərə səbəb olur: yollar, körpülər, evlər dağılır, insanlar və digər canlılar  məhv olur.