Son əlavə olunanlar

Bu maraqlıdır!

Batareyalarda elektrik cərəyanı haradandır?

Hələ qədim dövrlərdə insanlar müşahidə edirdilər ki, kəhrəbanı yuna sürtən zaman ona xırda saman çöpləri yapışmağa başlayır. Bunlar elektrik cərəyanı haqqında ilk təsəvvürlər idi. Sürtünmə zamanı kəhrəbada cərəyan yaranırdı ki, bu da kiçik saman çöplərini özünə cəzb edirdi.

Təyyarə haqqında nə bilirik?

İnsanlar hər zaman uçmaq arzusunda olublar. Bəşəriyyət tarixində özünə qanadlar taxaraq yüksək binalardan və ya qayalardan atlanan bir çox insanlar məlumdur. Lakin çox zaman quşlara bənzəmək həvəsi belə cəsur adamlara həyatları bahasına başa gəlirdi. Bu vəziyyət insanların əzələlərinin gücünün uçmaq üçün kifayət etmədiyini anlayanadək davam etdi.

Şüşə nədən və necə hazırlanır?

Şüşə ilə tanışlığımızı bir sual və onun cavabı ilə başlayaq: Şüşəni nədən hazırlayırlar? Şüşənin tərkibi çox sadədir – yəni kvars qumu, soda və əhəngdən ibarətdir.  

İlin fəsilləri

Təsəvvür edin ki sehrbaza rast gəlmisiz. O sizə söz verir elə eləsin ki, çöldə həmişə yay olsun. Siz yəqin əvvəlcə çox sevinərdiz: axı artıq yay tətilləri sona yetməyəcək! Bundan sonra bütün il ərzində velosiped sürüb, çayda çimib, günəş altında qaralmaq mümkün olacaq.

Şərqi Afrika Sınma Zolağı

Yer qabığının ən uzun çatı olan Böyük Afrika Rifti tədricən genişlənərək, 6750 kilometr uzanır. Vaxtı gələndə Şərqi Afrika qopub qitədən  ayrılacaq, Qırmızı dəniz isə Afrikanı Ərəbistan yarımadasından ayıraraq Aralıq dənizi ilə birləşəcəkdir.   

Ginnesin Rekordlar Kitabı

Hansı heyvan daha sürətli qaçır? Dünyanın ən soyuq yeri haradır? Bəs ən hündürə tullanan insan kimdir? Bu və başqa suallara cavab tapmaq üçün insanlar daim canlıları və təbiət hadisələrini müşahidə ediblər və bəzi göstəriciləri yaxşılaşdırmağa cəhd göstəriblər.