Son əlavə olunanlar

Bu maraqlıdır!

Bürclər

Səmada ulduzların sayı o qədər çoxdur ki, keçmişdə astronomlar onları tədqiq etmək asan olsun deyə səmanı hissələrə, ulduzları isə bürclərə bölüblər. Əgər bəzi ulduzları bir-biri ilə şərti xətlərlə birləşdirsək, qarşımızda bu bürclərin adını daşıdığı nağıl qəhrəmanları və ya heyvanların cizgilərini görə bilərik.  

Daşqın zamanı nə etməli?

Ən ağır təbii fəlakətlərdən biri də daşqındır. Daşqınlar çaylarda suyun səviyyəsinin kəskin surətdə qalxması nəticəsində yaranır. Güclü leysan, qarın sürətlə əriməsi və digər səbəblərdən yaranan daşqın bəzən böyük fəlakətlərə səbəb olur: yollar, körpülər, evlər dağılır, insanlar və digər canlılar  məhv olur.

Ekvator nədir?

Hər dəfə qlobusa və ya xəritəyə baxarkən ekvator elə əhəmiyyətli detal kimi görünür ki, onun xəyali xətt olduğuna inanmırsan. Biz bu xətti dəfələrlə keçsək də, bunu hiss etmirik. Dənizçilərin ekvatoru keçərkən qeyd etdikləri “xətti keçmək” mərasimi bununla izah olunur.    

Avgi tövləsi

Biz  “Avgi tövləsi”  ifadəsini baxımsız, həddən artıq çirklənmiş bir yeri bildirmək istəyəndə işlədirik. Bu ifadə bizə yunan əsatirindən gəlib. Bir zamanlar Qədim Yunanıstanda Avgi adında Ellada çarı yaşayırdı. Atları həddən artıq sevən çarın tövləsində üç min at saxlanılırdı. 

“Axillesin dabanı” nə deməkdir?

Axilles – bir çox Qədim Yunan əsatirlərinin qəhrəmanıdır. O, məğlubedilməz, cəsarətli bir insan idi. Düşmənin atdığı oxların heç biri ona zərər vurmazdı. Yəqin ki, “Axillesin dabanı” ifadəsini tez-tez eşitmisiniz. Əgər o, məğlubedilməz və cəsarətli olubsa dabanın bu məsələyə nə dəxili var?!  

Səs nədir?

Səs yalnız hansısa mühitdə, məsələn, havada, suda, dəmirdə dalğalar şəklində yayılan  mexaniki hadisədir. Səs mənbəyindən mühitdə sıxlaşma və seyrəlmə baş verir. Səsi eşitməyimiz üçün səs mənbəyi saniyədə  azı 20 rəqsi hərəkət etməli, yaxud  20 hers (hs)  tezliyə  malik olmalıdır.  Bu, çox alçaq səs sayılır. Rəqs  tezliyi  nə qədər çox olsa,  səs bir o qədər gur çıxır.