Bu maraqlıdır!

Bürclər

Səmada ulduzların sayı o qədər çoxdur ki, keçmişdə astronomlar onları tədqiq etmək asan olsun deyə səmanı hissələrə, ulduzları isə bürclərə bölüblər. Əgər bəzi ulduzları bir-biri ilə şərti xətlərlə birləşdirsək, qarşımızda bu bürclərin adını daşıdığı nağıl qəhrəmanları və ya heyvanların cizgilərini görə bilərik. Məsələn, göy qübbəsində Xərçəng, Şir, Əqrəb və başqa bu kimi bürclər var.
 
Ümumilikdə göydəki 88 bürcün ən məşhurları Kiçik və Böyük Ayı bürcləridir. Yeddi parlaq ulduzdan ibarət Böyük Ayı bürcünü tapmaq o qədər də çətin deyil. Lakin bu bürc yeddi ulduzla bitmir, ona daxil olan digər ulduzlar az parlaq olduğundan adi gözlə görünmür. Bürcün ən parlaq ulduzu ərəb dilində “atlı” mənasını verən Mitsardır. Onun yaxınlığında kiçik Alkor (at) ulduzunu görmək olar.
 
Böyük Ayı bürcünün yaxınlığında Kiçik Ayı bürcü yerləşir. Bu bürcdəki ən məşhur və parlaq ulduz Qütb ulduzu sayılır. Qütb ulduzu səmada yerini dəyişmir, hər zaman şimalı göstərir və bu səbəbdən astronomik xəritələr tərtib edilərkən səmt kimi ondan istifadə olunur.
 
Şimal səmasının ən gözəl bürclərindən biri Orion bürcüdür. Aralarında daha məşhur olan Betelqeyze və Rigel kimi digər parlaq ulduzları yalnız qış fəslində görmək olar. Orion bürcünü üç ulduzlu düzümünə görə tanımaq olar.
 
Oriondan yuxarıda Oğlaq bürcü qərar tutub. Onun ulduzları sırasına narıncı-qırmızı Aldebaran ulduzu, həmçinin Yeddi bacı adlanan Pleyadanın ulduz topası daxildir. Adi gözlə bu ulduz toplusuna daxil olan yeddi ulduzu, durbin vasitəsi ilə isə daha çoxunu görmək mümkündür.