
Qar külli miqdarda yüngül və yaxından baxdıqda inanılmaz dərəcədə gözəl qar dənələrindən ibarətdir. Qar dənələri göydən yerə enərək düzlərə, meşələrə, yollara, evlərə və adamların üzərinə tökülür.
Maraqlıdır, qar yağanda o, ətrafdakı hər şeyin görünüşünü dəyişir: çalaları doldurur, ağacların üzərinə gözəl pambıq şəklində oturur, kollarda və yerə tökülmüş yarpaqların üzərində qar topaları əmələ gətirir. Biz isə bu zaman gözəl, möcüzəli qış mənzərəsinə baxmaqdan həzz alırıq.

Lakin biz qarı tək gözəlliyinə görə qiymətləndirmirik, burada rasional səbəblər də var. Çünki qar örtüyü nəhəng yorğan kimi yeri sərt və soyuq küləklərin təsirindən qoruyur. Şimalda yaşayan insanlar qədim zamanlardan bəri qarı gözəl tikinti materialı kimi istifadə etməyi öyrəniblər, məsələn eskimoslar özlərinə iqlu (ev) tikirlər.
Həmçinin su hövzələrində və çaylarda suyun səviyyəsi də qarın miqdarından asılıdır. Qar dənələri çox kiçik buz kristallarından əmələ gəlir. Əgər külək yoxdursa uçan qar dənələri bir-birinə yapışaraq iri qar pambığı əmələ gətirir. Bəzən bu pambıqların diametri 10 santimetrə çatır.
Havada süzən hər bir qar dənəsini bir neçə təhlükə gözləyə bilər. Məsələn əgər kifayət qədər külək əsirsə və havanın rütubəti sürətlə azalırsa onlar sadəcə olaraq buxarlana bilər. Buna görə də qar yağanda bu o demək deyil ki, ətraf mütləq ağ örpəyə bürünəcək. Yağan qar asanlıqla yağışa çevrilə bilər, ya da ki, qar dənələri yerə çatmamış havada buxarlanar və ümumiyyətlə nə qar nə də yağış yağar.
24.02.2016