Dələ tipik meşə sakinidir. Budaqlarda sərbəst hərəkət edən dələ asanlıqla bir ağacdan digərinə tullana bilir. Qida axtararkən dələ tez-tez ağacdan enməli olur. Onun ləpirlərinə qışda qar üzərində, yayda isə nəm torpaqda rast gəlmək olar. Dələnin ayaq izlərini tanımaq çox asandır.
Dələyə Avstraliyadan başqa dünyanın hər yerində rast gəlmək olar. Dələlər olduqca fərqli ərazilərdə, məsələn meşələrdə, açıq çöllərdə, səhralarda, tundrada və dağlarda yaşaya bilir.
Dələnin təxminən 50 növü məlumdur. Günün müxtəlif vaxtlarında dələ də fərqli görünür. Dələnin orta bədən uzunluğu 20-30 santimetrə, çəkisi isə 200 qramdan bir neçə kiloqrama qədər çatır. Dələnin uzun, tüklü quyruğu, iri qulaqları olur. Dələ həm də qiymətli xəzə malikdir. Xəzlərinin rəngi müxtəlif fəsillərdə müxtəlif rənglərdə, məsələn sarı, boz, hətta qara rəngdə olur. Dələ şəhər mühitində 20 ilədək, vəhşi təbiətdə isə 3-6 il ömür sürür.
Dələ müxtəlif bitkilərlə, məsələn ağac toxumları, giləmeyvə və meyvələrlə, fındıqla, göbələk, bitkilərin tumurcuqları və cavan zoğları ilə qidalanır. Bitkilərlə yanaşı həşərat və müxtəlif növ onurğasız heyvanlarla, quş yumurtaları və balaları, kərtənkələ və ilanlarla da qidalana bilir.
Dələnin nəzərəçarpan xüsusiyyəti ehtiyat üçün qışa fındıq toplamasıdır. Bəzi dələ növləri fındığı yerə basdırır, digərləri isə ağacların oyuğunda gizlədirlər. Alimlər düşünürlər ki, bəzi növlərin, xüsusilə boz dələlərin yaddaşının pis olması meşələrin məhv olmasının qarşısını alır. Belə ki, onlar fındığı yerə basdırır və onu unudurlar. Növbəti ilə isə həmin yerdən ağac cücərməyə başlayır.
Dələlər bir-biri ilə ciyilti və quyruq hərəkətləri vasitəsilə ünsiyyət saxlayırlar. Ehtiyac yarananda dələ ağacın yüksək nöqtəsindən birbaşa yerə tullana bilir. Hətta 50 mərtəbəli binanın damından tullansa belə dələyə heç nə olmur. Bu zaman quyruq paraşüt funksiyasının yerinə yetirir.