Son əlavə olunanlar

Nağıllar, hekayələr

Günəşlə Ay niyə küsüşdülər

Bir vaxtlar Günəşlə Ay dost idilər. Onlar bir yerdə yaşayırdılar, təsərrüfatları da ümumi idi. Günlərin bir günü Günəş alatorandan tarlaya yola düşdü və Aya nahar hazırlamağı tapşırdı. Ay əlini ağdan qaraya vurmadı. Tarladan qayıdan Günəş yemək deyilən şey tapmadı, o, üzünü Aya tutdu: - Yemək bişirmək istəmirsən, bişirmə, heç olmasa get, su gətir.   

Qara at

Günlərin bir günündə əyyamı-sabiqdə biri vardı, biri yoxdu. Allahdan başqa heç kəs yoxdu, bir padşah vardı. Günlərin bir günündə padşahın arvadı ölür. Onun ölən arvaddan İbrahim adlı bir oğlu qalır. İndi keçək padşahın ikinci arvadı görək nə edir. Padşahın ikinci arvadından da bir oğlan olur. Padşah buları qoyur dərsə. Bir az müddət dərsə gedib gələndən sora, padşah bir gün qonaqlıq edir. Şərbət paylayırlar.  

Cik cik xanım

Biri vardı, biri yox idi, Cik-cik xanım adında bir cığal sərçə vardı.

Padşah və dəmirçi

Biri varıymış, biri yoxuymuş, bir padşah varıymış. Bunun varının, dövlətinin həddi-hesabı yoxuymuş, lap harunluq eləyirmiş. Bir gün padşah vəzirini hüzuruna çağırıb deyib:  

Bəhlul Danəndə

Şifahi xalq ədəbiyyatımızda özünəməxsus yeri olan aqil, hazırcavab və məşhur lətifə qəhrəmanları çox olub. Orta əsrlərin sevilə-sevilə yad edilən belə simalarından biri də Bəhluldur. Bu ad Şərq ölkələrində, xüsusilə Azərbaycanda Bəhlul "danəndə" (bilikli) və yaxud "divanə" (dəli) kimi tanınıb. Mənbələrdə o da göstərilir ki, Bəhlul həm də tarixi şəxsiyyət olub…  

Keçəllə tacir

Günlərin bir günündə bir nəfər kasıb kişi olur. Bu kişinin gözünün ağı-qarası keçəl bir oğlu varmış. Keçəl bayırda başqa uşaqlar kimi oynamağı çox sevirdi, amma tacir uşaqları keçəli öz aralarına buraxmırdılar.