Virus və Sabun xala haqqında nağıl
Yer üzündə balaca bir virus yaşayırdı. Kiçik ölçüsünə baxmayaraq o, özündən çox razı idi və özünü “Şah virus” adlandırırdı.
Bir gün o, tanışı Qripin balaca bir oğlanın orqaniziminə girmək cəhdini müşahidə edir. Bərkdən gülərək Şah tanışı Qripə deyir:
Kim bu cür hücum edir? Sən heç məktəbdə oxumamısanmı?
Oxumuşam, - yazıq səslə Qrip cavab verdi – sən hələ özünə bir bax! Ancaq başqalarının işinə qarışırsan , özün isə bütün günü yatırsan. Sənin barəndə insanlar heç nə bilmir!
Əgər istəsəm mənim haqqımda nəinki sən, hətta bütün dünya danışar! Sadəcə indi həvəsim yoxdur – deyə Şah cavab verdi.
Sən sadəcə heç nə bacarmırsan , tənbəlsən! – Qrip ona söz ilə sataşır – yeri gəlmişkən, sən mənə heç nə öyrədə bilməzsən! Mənim özümün böyük təcrübəm və fırıdaqlarım var.
Birincisi, mən tənbəl deyiləm , - Şah hirslənərək cavab verdi! ikincisi də sənin fırıldaqların çoxdandır hamıya məlumdur: istilər düşən kimi qaçıb yuvanda gizlənəcəksən. Uşaqlar belə səndən qaçıb gizlənirlər, ha-ha!
Məndən ancaq valideynlərinin sözlərinə qulaq asan və necə qorunmağı öyrənən uşaqlar qaçırlar, - Qrip söylədi, - əgər sən belə ağıllısansa da göstər görüm sən nə bacarırsan!
İndi sənə göstərərəm Şah virusu necə olur, - özündən razı şəkildə virus cavab verdi,- bir neçə aya bütün dünyaya yayılacam. İnsanlar məndən qorxub evlərinə gizlənəcəklər, gizlənməyənlərin bədəninə hopub bir ölkədən digərinə keçəcəm!
Oy, necə qorxulu səslənir – Qrip lağa qoydu,- Birinci görsət sonra özündən danış!
Şah virus digər viruslar kimi çirkli əlləri və çoxlu insanlar toplanan məkanları çox sevirdi. O, əllərini gec-gec yuyan insanların vasitəsilə artmağa qərar verdi.
Birinci o, avtobusun tutacağından tutan, ikinci – qapı tutacaqlarından istifadə edənlər, üçüncü isə mağazaların kassalarında işləyən insanları hədəf aldı və onların sayəsində dünyada sürətlə yayılmağa başladı.
Lakin , bir gün Şah “O” na rast gəldi. O, bizim köhnə tanışımız Sabun xaladır. Şah Sabun xalanı heç sevmirdi.
Sonuncu dəfə Şahla Sabun xala hamam otağında rast gəldilər. Şahı hamam otağına əlləri çirkli balaca bir oğlan gətirmişdi. Oğlan əllərini bərk-bərk yuyub hamamdan çıxsa da virus hamamda əlüzyuyanın üzərində qaldı. Şah əlüzyuyanın üzərində biraz dincəlmək qərarına gəldi.
Yaxşı uzanmısan! – Şah Sabun xalanın heç sevmədiyi səsini eşitdi – Elə bil səni qonaq çağırmışıq!?
Ha-ha-ha –Şah güldü , - Qadın sən heç bilmirsən kimimlə söhbət edirsən!? Lakin, mən səni bağışlayıram, çünki hamamda qalıb dünyadan xəbərin yoxdur!
Mənə heç də maraqlı deyil kimsən və adın nədir, - Sabun xala cavab verdi- sadəcə görürəm ki, sən də mübarizə elədiklərim kimi çağırılmamış qonaqlardansan! Mən insanları sevirəm və imkan vermərəm ki, onlara zərər yetirəsən!
Mübarizə aparmaq və sən? – Şah güldü,- De görüm nəyin ilə öyünürsən? Köpüyün və ətrin ilə məni qorxudursan? – Mən Möhtəşəm Şah virusam!
Planetimizin hər küncündə oluram və mənim barəmdə qəzetlərdə, radiolarda, habelə televizorlarda belə bəhs edilir. Məndən güclü ölkələr qorxur!
Sənin yerində olsaydım özümə bu qədər güvənməzdim – diş fırçası və yuyucu tozu söhbətə qarışdı, - Sabun xala - əsl döyüşçüdür, o, virusların, bakteriyaların və mikrobların əsl qənimidir.
Sizə söz verilmədi! – deyə Şah onların sözünü kəsdi - Mənim kimi möhtəşəm və güclü biri ilə sizin söhbət etməyinizi özümə yaraşdırmıram! Belə də, burada çox qalası deyiləm, sadəcə birini gözləyirəm, əlinə yapışıb digər əllərə keçəcəm. Artıq arxamca gəldilər! – sevinərək Şah əlavə etdi.
Bu zaman qapı açıldı. Və hamam otağına evin xanımı (ana) daxil oldu. O, balaca bir parçanı sabuna batırıb əlüzyuyanı silməyə başladı. Sonra əllərini bərk- bərk yuyub, sonra hamam otağının havasını dəyişib oradan uzaqlaşdı.
Sabun ətri hamam otağını bürümüşdü.
İndi hardasan özündən razı virus? – Sabun xala gülərək soruşdu – Bir özündən danışanda min də məndən danış!
Diş pastası və yuyucu tozu dərindən nəfəs almağa başladılar. Özünü Şah adlandıran virus isə kanalizasiya sularına qarışaraq uduzduğunu başa düşdü və öz-özünə dedi “Deməli məndən də güclüsü var!"