Nağıllar, hekayələr

İki keçi

İki inadcıl keçi vardı. Günlərin bir günü bu iki keçi bir çayın üzərindəki körpüdə qarşı-qarşıya gəldilər. Onlardan biri digərinə yol verməli idi.
 
− Yol ver! Keçilərdən biri dedi.
 
− Sən yol ver! Digər keçi dilləndi.
 
− Sənə görə indi mən geri qayıdım? Birinci keçi dedi.
 
− Onda sənə görə mən geri qayıdım? İkinci keçi dilləndi.
 
Beləliklə də, ikisi də qəzəbləndi və durduqları yerdən uzaqlaşmağa başladılar. Birinci keçi üç addım geri çəkildi, ikinci keçi də üç addım geri çəkildi və sonra qəfildən bir-birilərinin üstünə hücum çəkdilər. Keçilərin buynuzları bir-birinə dəydi və ildırım kimi bir çaxmaşma görsəndi.
 
Çaxnaşma səsi ərtafa yayıldı. Və sonda bu iki inadcıl keçinin ikisi də yuvarlanıb dərəyə düşdülər.