Son əlavə olunanlar

Xəbərlər

Azərbaycanın Dövlət Bayrağı Günü uşaqların gözü ilə

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. Təhsil müəssisələrinin əksəriyyətində bu əlamətdar gün münasibətilə tədbirlər keçirilir. İltifat Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyinin və 291 saylı "Araz" Ekoloji liseyinin aşağı sinif şagirdləri də bu tarixi qeyd ediblər. Uşaqlar bu bayrama yaradıcı yanaşıblar. Onlar vətənpərvərlik və dövlət bayrağı mövzusunda şəkillər çəkib, applikasiyalar və kompozisiyalar hazırlayıblar. Bəzi şagirdlər tapşırığı özləri yerinə yetiriblər, digərlərinə isə valideynləri, böyük bacı və qardaşları kömək ediblər. 

Uşaqların yeni dostu - “Bil-bil”

Yetişən nəsillərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, estetik zövqünün formalaşdırılması və intellektual səviyyələrinin artırılması üçün maarifləndirmə missiyasını davam etdirən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir maraqlı layihəsi ilə balacaları sevindirir.

160 nömrəli Klassik Gimnaziyanın 6A sinfinin şagirdləri Atəşgaha ekskursiya ediblər

Bu günlərdə Bakı şəhərinin 160 nömrəli Klassik Gimnaziyanın 6A sinfinin şagirdləri Atəşgaha maraqlı ekskursiya edib, həmçinin Yanardağı gəziblər. Məktəblilərə interaktiv tarixi materiallarla yanaşı yenilənmiş və bərpa edilmiş ekspozisiyalar göstərilib, Atəşgahın tarixi barədə danışılıb. 

“Biri vardı, biri yox” Gənc Tamaşaçılar Teatrının səhnəsində

Noybrın 1-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası keçirilib. 

“Zoluşka” və “Sehrli alma” Opera və Balet Teatrının səhnəsində

Əziz uşaqlar! Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının noyabr ayında sizin üçün nəzərdə tutulan repertuarını təqdim edirik.

Noyabr ayında Gənc Tamaşaçılar Teatrı maraqlı tamaşalar göstəriləcək

Əziz uşaqlar! Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr ayında sizin üçün nəzərdə tutulan repertuarını təqdim edirik.