Xəbərlər

Mart ayında uşaqları maraqlı pantomima tamaşaları gözləyir

Bakı, 20 fevral (AZƏRTAC).
 
Azərbaycan Dövlət Pantomima Teatrı həmişə olduğu kimi, 2016-cı ilin mart ayında da uşaqları yaddan çıxarmayıb. Teatrın mart ayında balaca tamaşaçılar üçün nəzərdə tutulan repertuarını təqdim edirik:
 
6, 27 mart – “Fəlakət və insan” (yeni uşaq tamaşası)
13 mart – “Tıq-tıq” (uşaq tamaşası)
“Fəlakət və insan” tamaşasında zəlzələ və daşqın zamanı uşaqlara nə etmək, necə qorunmaq lazım olduğu nümayiş etdiriləcək. “Tıq-Tıq” tamaşasında yersiz küsəyənliyin, lovğalığın ziyanına bir daha əmin olacaqsınız.           
 
Tamaşalar saat 14:00-da başlanır.