Eynək
Qövsvari sağanaqda bir cüt şüşədən sadə nə ola bilər? Amma zəif gözlərə ən xırda hərifləri seçməkdə kömək edən bu dahiyanə ixtira insanlar tərəfindən istifadə olunana qədər uzun yol qət edib. Qədim zamanlarda görmə qabiliyyətini itirən insanlar yardıma ümid bəsləmirdilər. Siseron qoca vaxtında şikayətlənərək deyirmiş: “Mən artıq məktubları oxuya bilmirəm”. Doğrudur, Roma siyasətçisi vəziyyətdən çıxış yolu tapmışdı: qullar onun üçün ucadan oxuyurdular. Bir qədər sonra, artıq eramızın əvvəllərində romalılar oxumaq üçün içərisinə su doldurulmuş kolbadan istifadə etməyə başladılar. Belə kolba hərfləri böyüdürdü. Uzağı zəif görən imperator Neron qladiatorların döyüşlərinə cilalanmış zümrüdlə baxırmış.
Zaman keçir, ustalar lupaları cilalaya-cilalaya, onları nazildirlər. Qıraqları qopmasın deyə belə şüşələrə əvvəlcə taxtadan, sonralar dəmir və buynuzdan düzəldimiş çağanaq geydirirdilər. Günlərin bir günü İtaliyada kiminsə ağlına belə bir fikir gəldi: görəsən, lupa kitab vərəqlərinə deyil, gözə yaxınlaşdırılsa, nə olar? Amma bu üsulun bir vacib qüsuru var idi: şüşələri gözün qarşısında əl ilə tutmaq lazım gəlirdi.
Nəhayət, XIV əsrin ortalarında burun üçün qövs, XV əsrdə isə qulaqlara keçirilən qövslər ixtira edildi. Artıq onda uzağı görmək üçün linzalar hazırlamağa başladılar: buna qədər “sehrli şüşələr” ancaq uzağı yaxşı görməyə kömək edirdi. Bu minvalla eynəklər tədricən adət etdiyimiz şəklə düşdü.