Astaranın təbiət incisi – Sım kəndi
Azərbaycanın cənub qapısı sayılan Astara, füsunkar təbiəti ilə seçilir. Bu bölgənin ən gözəl yaşayış məntəqələrindən biri də Sım kəndidir.
Lənkəran-Astara dağ silsiləsinin ətəyində yerləşən kənd sıx meşələrlə əhatələnib, təmiz dağ havası və sakitliyi ilə fərqlənir. Həmçinin gözəl təbiəti, zəngin mədəniyyəti və qədimliyi ilə yerli və xarici turistlər üçün cəlbedici məkandır.
Samovarın tüstüsü, isti təndir çörəyinin qoxusu və dəmirçi ocağından ətrafa yayılan çəkic səsləri bu kəndin adi, lakin canlı nəbzidir.
Astaranın təbiət inciləri arasında xüsusi yer tutan Sim şəlaləsi təbii möcüzələrindəndir. Meşənin içində gizlənmiş bu şəlaləyə gedən yol da bir başqa macəradır. Qayalardan axan saf sular Günəş işığında zər kimi parıldayır.
Mən turist olsaydım mütləq Astaraya yolumu salardım - çünki bura həm ruhun, həm qəlbin, həm də zehnin dincəldiyi bir yerdir.
Gülay Nəzərova, AZƏRTAC
16.10.2025