Məməlilər
Məməlilər körpə balalarını ana südü ilə bəsləyən onurğalı heyvanlardır. Süd onların süd vəzilərində toplanır ki, bu da qrupa “məməlilər” adını verir. Bir çox məməlilər diri bala doğurlar.
Bütün məməlilərin bir sümükdən ibarət alt çənəsi var. Süd vəziləri və tükləri yox olduqdan sonra, alimlər məməlilərin daşlaşmış qalıqlarını bu yolla müəyyən edirlər.
Məməlilər tük örtüyü olan yeganə heyvanlardır. Tük dırnaqlarda, balıq pulcuqlarında və quş lələklərində də olan keratindən ibarətdir. Sıx tük örtüyü xəz adlanır və onun əsas məqsədi heyvanı isti saxlamaqdır. Tük həmçinin başqa formalarda, məsələn, qoruyucu iynələr- kirpi və yexidnalarda olduğu kimi və ya digər məməlilərdə olan həssas bığ kimi ola bilər.
28 dəstədə birləşən 5000-dən çox məməli növü mövcuddur. Dəstənin üzvlərini eyni əcdaddan törədiyinə və oxşar anatomiya və ya yaşayış tərzinə görə bir yerdə qruplaşdırırlar. Məsələn, dəvə, ceyran, zürafə, begemot, qaramal, balina və delfinlər Ketartiodaktila dəstəsində birləşirlər.
Beş məməli növü var ki, onlar balalarını doğmur, əvəzində yumurtlayırlar. Bunlar birdəliklilər adlanır və ördəkburunlular fəsiləsini ehtiva edirlər. Yumurtadan çıxdıqdan sonra isə birdəliklilər digər məməlilər kimi ana südü ilə qidalanırlar.
Yarpaqla qidalananlar və yeyənlər
Demək olar ki, bütün dırnaqlı heyvanlar- otyeyənlərdir, onlar yalnız bitkilərlə qidalanır. Onlardan bəziləri yalnız yarpaqlar, ağac və kolların zoğlarını yediyi halda, digərləri, əsasən, ot yeyirlər. Bitki məhsullarını, xüsusilə həzm etmək çətin olduğundan bu heyvanlardan çoxu çeynəyir və ya gövşəyirlər. Yemi udduqdan sonra onlar bir müddət oturaraq dincəlir, bu zaman qarınlarında olan bakteriya möhkəm bitki hüceyrəsi divarlarını zəiflədir. Daha sonra bu heyvanlar yemi geri, ağızlarına qaytarır (gövşəmə) və onu yenidən çeynəyərək qida maddələrinin ayrılmasına kömək edirlər.
27.12.2018