Təhlükə anında gözündən qan fışqırdan kərtənkələ
Buynuzlu Texas kərtənkələsi (Phrynosoma cornutum) Şimali Amerikanın 14 buynuzlu kərtənkələ növündən biridir. Kolorado və Kansasdan Şimali Meksikaya, Arizonadan Texasa qədər olan ərazilərdə rast gəlinir. Buynuzlu Texas kərtənkələsi həmçinin Luiziana və Arkansasa məxsus canlı kimi də qəbul edilir. Küt burunlarının və yuvarlaq bədənlərinin verdiyi qurbağa görünüşünə görə, əsasən buynuzlu quru qurbağası və ya buynuzlu qurbağa deyə də adlandırılır.
“Phrynosoma” hərfi mənada qurbağa bədənli, “cornutum” isə buynuzlu mənalarını verir. Heyvanın buynuzları ət deyil, sümükdür və kəlləyə daxildir. Bu canlı, ABŞ-ın qərbində və Meksikada olan təxminən 14 növ buynuzlu kərtənkələ içində həm ölçüsünə, həm də yayılmasına görə ən böyük hesab edilir. Ortaboy buynuzlu Texas kərtənkələsinin uzunluğu 69 mm, ən böyük olanı erkəklərdə 94 mm, dişilərdə isə 114 mm-dir. Bu kərtənkələlər D vitamini çatışmazlığından əziyyət çəkirlər. Günəş şüası D vitamini ilə zəngin olduğundan, bu vitaminə olan tələbatını ödəmək üçün günəş vannası qəbul edirlər. Buna görə də, onlara yol kənarında, qayalıqlar üzərində, çöllük ərazilərdə, açıq səma altında rast gəlinir. Bel nahiyəsində olan tikan formalı strukturlar və bir-birinin üzərini örtəcək şəkildə düzülmüş pulcuqlar su itirilməsinin qarşısını almaq üçün olan adaptasiyadır. Təbii çöl iqlimində yaşayan kərtənkələ bir neçə müdafiə sistemindən istifadə edir. Bunlardan biri kamuflyajdır. Çölə çıxıq sümükləri və dəri rəngi, xırda daşların olduğu quru torpaq görünüşü verir. Buda onların görülməsini çox çətinləşdirər. Xüsusilə uçan düşmənləri üçün!
İkinci müdafiə sistemi qaçmaqdır. Çöllük ərazilərdə olduqca sürətlə qaça bilir. Üçüncü müdafiə sistemi isə gözündən qan fışqırtmaqdır. Təhlükə hiss etdiyi anda, qaçmağın artıq faydasız olduğunu düşündüyü zaman, beyin kanallarına, boşluqlarına qan dolana kimi doldurar və şişirər. Ən böyük həcmi alan sinuslar partlayaraq hədəfin üstünə qan püskürdər.
Qan fışqırtma mexanizması haqqında müxtəlif nəzəriyyələr irəli sürülmüşdür. Edilən araşdırmalar qəti bir qərara gətirməsə də, ancaq bu fışqırtma mexanizmasının buynuzlu Texas kərtənkələsinin sevərək yediyi zəhərli harvester qarışqalarının səbəb olduğu düşünülür. Belə ki, bu qarışqalarınzəhəri mexanizmaya təsir edir. Bu müdafiə də düşmənini qorxutmasa, onda özünü qabardaraq ona yaxınlaşar.
28.11.2018