Bu maraqlıdır!

Saatların tarixçəsi

Bütün dövrlərdə insanlar vaxtı ölçməyə çalışıblar. Onlara bu işdə vaxt keçdikcə daha da mükəmməlləşən müxtəlif vasitələr və mexanizmlər kömək edirlər.


Birinci saat günəş olmuşdur. O yuxarı qaldıqca, günortaya yaxın olurdu, horizonta doğru əyildikcə isə axşama doğru olurdu. Adamlar hər günün əvvəlində vaxtı 4 yerə bölürdülər: səhər, günorta, axşam və gecəni təyin edirdilər.

Günəş saatları 


Vaxtın ölçülməsi üçün birinci alət günəş saatı olmuşdur. Günəş saatının prinsipi çox sadədir.


Bizim gündüz  göy cismimiz səhər şərqdən çıxır, sonra isə o, səmada yerini dəyişməyə başlayır, gündüz cənubda ən ucqar nöqtəyə çatır, axşam isə qərbdə batır.


Günəş öz yerini dəyişdirdikcə,  o qədər onun kölgəsinin mili öz istiqamətini dəyişir. Səhər o, çox uzun olur və qərbə doğru göstərir, gündüz qısalır və şımala doğru göstərir. Günəş nə vaxt ki yerli vaxtla saat 12-ni göstərir və ən hündür vəziyyətini alır, kölgə lap qısalır, sonra o təzədən uzanmağa başlayır. Kölgənin duşmə vəziyyətindən günün vaxtını bilmək olar. Əgər şaquli olaraq basdırılmış milin ətrafına siferblat çəkilərsə,  onda yerini dəyişən kölgə hər saat siferblatın uyğun gələn bölgüsünə düşəcək və buna əsasən vaxtı bilmək olar.


Günəş saatları üçün zavod tikmək tələb olunmurdu, bu saatlar dayanmırdılar və hətta onlar indiki bəzi saatlardan düz işləyirdilər. Ancaq onlardan yalnız gündüz vaxtı, həm də buludsuz havada istifadə etmək olardı.  Onları 17-ci, hətta 18-ci əsrə qədər tikməkdə davam edirdilər.


Qum saatları


Bir xeyli keçdikdən sonra qum saatları icad edildi. Onlardan günün istənilən vaxtında istifadə etmək olardı, hətta havanın necə keçməsindən asılı olmayaraq. Onları 2 ədəd bir birinin üstünə qoyulmuş  qıfabənzər şüşə qablardan düzəldirdilər. Yuxarıdakını müəyyən səviyyəyə qədər qum ilə doldururdular. Qumun aşağıdakı qaba tokülməsi müddəti vaxtın ölçüsünü göstərirdi.


Belə saatları tək 2 qabdan ibarət hazırlamırdılar, onlar çoxlu sayda qablardan ibarət olurdular. Beləliklə, məsələn, 4 qabdan ibarət olan bir qum saatında birinci qab 15 dəqiqəyə, ikincisi - 30 dəqiqəyə,   üçüncüsü - 45 dəqiqəyə, dördüncüsü isə 1 saata boşalırdı. Sonra isə bu qabları onların yanında qoyulmuş xüsusi adamlar çevirirdilər və təzədən vaxtı sayırdılar, başqa bir adam isə ötən saatı qeyd edirdi.


Odlu saatlar
Bir qədər rahat və nəzarət tələb etməyən odlu saatlar çox geniş yayılmışdı.


Qədim dünyanın mədən qazmaçısı odlu saatdan istifadə edərək oraya o qədər yağ tökürdü ki, o 10 saat yansın, bu çıraq 10 saat yanıb qurtaranda onun şaxtada iş vaxtı qurtarırdı.


Çində odlu saat üçün toz şəklinə salınmış xüsüsi, həm də ətirli ağac novündən xəmir hazırlayırdılar və bundan bir neçə metr düz, spiral və müxtəlif formalarda çubuqlar düzəldirdilər. Belə çubuqlar xidmət göstərən personalsız aylarla yana bilərdi.


Belə odlu saatlar da var idi ki, onlar həm də eyni vaxtda zəngli saat kimi də fəaliyyət göstərirdi. Onlar birinci dəfə Çində meydana gəlmişdir. Belə saatlar üçün spiral və çubuqlara müəyyən yerlərdə metal kürəciklər asırdılar ki, spiralların (çubuqların) yanma vaxtı kürəciklər farfor vazaya düşürdülər və bu zaman bərk zəng səsi gəlirdi.


Avropada odlu saatlar şam şəklində olurdu və onlarin üzərində nişan qoyulurdu. Bu nişanların arasında şamın yanması vaxtı müvafiq olaraq  müəyyən zamanı göstərirdi.


Lakin odlu saatın dəqiqliyi çox aşağı idi, çünki o ətraf mühitdən, yəni havadan, küləyin gəlməsindən və s. asılı idi.


Su saatları


Su saatları daha mükəmməl idilər, onlar odlu saatlardan fərqli olaraq sistematik təzələnmirdi. Birinci su saatları, açılmış deşikdən müəyyən vaxt arasında su tökülən qablardan ibarət idi.  Sonra su saatları cürbəcür konstruksiyada hazırlanırdılar və bu saatlarda vaxt, suyun  bir qabdan o biri qaba müəyyən vaxt ərzində süzülmə sürətinə görə təyin olunurdu. Bu qabların nişanları olurdu və bu nişanların arasındakı vaxt hesablanırdı.
Günəş, qum, su və odlu saatlar ilə  vaxtın dəqiq müəyyən  edilməsi gündə bir neçə dəqiqədən və hətta bir neçə 10 dəqiqədən çox olmurdu. Lakin bu,  o vaxtın adamlarının tələbinə uyğun gəlirdi.


Mexaniki saatlar


Cəmiyyətin get-gedə inkişafı nəticəsində tək şəhərlərin deyil, həm də bütün ölkənin təsərrüfat, mədəni və elmi fəaliyyətini nizama salan  vaxt ölçən alətlərə olan tələblər yüksəlməyə başladı. Bu məsələni həll etmək üçün XI-XII əsrlərdə mexaniki saatlar icad olundu. Birinci mexaniki saat kilsənin qülləsində qurulmuşdu.


Holland alimi Hüygens 1657-ci ildə kəfkirli saatı icad etmişdi. Kəfkir (ucunda  ağır yük olan uzun mil) bərabər sürətlə yellənir və hər tərpənmə eyni vaxtda baş verir. Kəfkir saatın gedişini nizamlayır.


Kvarslı saatlar


Elm və texnikanın indiki inkişafında vaxtın ölçülməsi zamanı saniyənin milyonda biri qədər dəqiqliyin olması lazım gəlir. Mexaniki saatlardan sonra gələn kvarslı saatlar saatların daha dəqiqi idi. Onlarda «kəfkiri» kvars lövhəciyi əvəz edir və elektrik cərəyanının təsiri ilə hərəkət edirlər. Kvarslı saatlar 30 ilə 1 saniyə ya irəli gedər, ya da geri qala bilərlər.


Daha dəqiq «kəfkirli» saatların axtarışında diqqəti molekul və atomlara yönəldirlər. Atom və molekulyar saatlar bizim vaxtımızın ən dəqiq saatlarıdır.