Təbiət

Yer planetinin yeganə peyki – Ay

Astronomlar hesab edirlər ki, milyard illər əvvəl Yer planeti başqa bir planetlə toqquşmuşdur. Nəticədə, kainata çoxsaylı parçalar atılmışdır. Zamanla onlardan Yer planetinin yeganə peyki olan Ay əmələ gəlmişdir.

Ay bizə parlaq görünür, çünki onun bir tərəfi daim günəş işığını əks etdirir. Əslində, bizim gecə gördüyümüz Ay işığı orada əks olunan Günəşin işığıdır. Hər ay ərzində Ayın görünüşü vaxtaşırı olaraq aypara formasından tam dairə olanadək dəyişir. Bu dəyişikliklər Ayın fazaları adlanır. Əslində, Ay öz formasını dəyişmir, dəyişən Yerin onun üzərinə düşən kölgəsidir. Bu kölgə tədricən çəkilir və biz Ayı dairə şəklində görürük. Atmosfer olmadığı üçün Ayda tam sükut hökm sürür.

Ayın ilk xəritəsi 300 il əvvəl hazırlanmışdır. Ayın səthi iki yerə bölünür: çox qədim dağlıq ərazi (ay materiki) və nisbətən hamar və daha gənc ay süxurları. Ayın bütün ərazisinin 16 faizini təşkil edən ay süxurları səma cisimləri ilə toqquşma nəticəsində yaranmış və sonralar maye lava altında qalmış çox böyük kraterlərdir.

Ay Yer kürəsindən 8 dəfə balacadır. Ayda temperatur -173 və + 117 dərəcə arasında dəyişir. Yerdə bir metr hündürlüyə tullanan Ayda 6 metr tullana bilər. Çünki Ayda cazibə qüvvəsi Yerə nisbətən 6 dəfə azdır. Ay, Yerdən kənarda insan ayağı dəyən yeganə səma cismidir.

1969-cu il iyulun 20-də “Apollon-11” kosmik gəmisi Ay səthinə enir. Nil Armstronqun rəhbərlik etdiyi gəmi heyəti Aya ayaq basır. Onlar Ay süxurlarından nümunələr götürüb Yerə gəlirlər.