Şeirlər

Bəxtiyar Vahabzadə. Dan ulduzu

Dan ulduzu, səhərlər
Salamlarsan bizi sən.
Sən günəşin elçisi,
Sən səhərin gözüsən.

 


Gecələrdən gizlənib
Doğulursan səhərlər.
Sən səhəri gətirib
Yox olursan səhərlər.

 


Göylərin sinəsində
Sən bir almaz, bir inci,
Ümidlərin gülüşü,
Arzuların sevinci.

 


Min-min ulduz içində
Sən hamıdan başdasan.
Milyon-milyon yaşın var,
Ancaq səhər yaşdasan!