Şeirlər

Mina Rəşid. Nuray

Gah gül çəkir, gah ağac,
Gah günəş, gah da ki, ay.
Şəkil çəkməyi yaman 
Çox sevir bizim Nuray!

 

Divarda yer qalmayıb,
Payızdı, qışdı, yazdı... 
Nə vaxt baxsan əlində
Karandaşı hazırdı. 

 

Bax, yenə nəsə çəkir,
Bu ki, bir dan ulduzu!
Yəqin rəssam olacaq
Mənim balaca quzum!