Hikmət Ziya. Toyuq yeyən dələ
Xəbər tutdular – dələ
Toyuq boğub yeyibdir.
Qəşş etdi Kartankələ:
– Danışmayın, eyibdir!
Fındıq deyin, inanım,
Dələ əsla ət yeməz.
Xoruz dedi: – Ay canım,
Toyuğu kim boğdu bəs?!
Axı bu həndəvərdə
Nə tülkü var, nə çaqqal!
…Qonşu dələni bir də
Onlar yoxladı dərhal.
Heyvanların hamısı
Gəlib baxdı, gördü nə?!
Tülkü dələ maskası
Keçiribmiş üzünə…