Rəsul Rza. Sərçə
Sizə deyim sərçədən,
Yuvasındadır yaz, qış.
Ayrılmayır vətəndən,
Ya qar olsun, ya yağış.
Qara döşlü – atadır,
Boz rənglisi – anadır.
Yuvaları var kiçik,
Balaları var cik-cik.
Yem axtarır, gəzirlər
Hey tullana-tullana.
Gah ağaca qonurlar,
Gah çıxırlar eyvana.
Uçan zaman pırhapır
Qanadları çırpınır.