Şeirlər

Xaqani Şirvani. Özü haqqında

Sənətkarlıq nədir? Bilmək istəsən,
Gəl, məndən sən onun sirrini öyrən!
Kamal mayasında bir zərrə idim,
Ağlımla Günəşə dönüb, yüksəldim.
İndi söz Günəşi aləmdə mənəm,
Şairlərdən üç qat ucadır rütbəm.

Bir işıq almaqçın məndən pay kimi,
Dövrəmdə gəzirlər onlar ay kimi.
Mənsiz bir heçdirlər parlasalar da,
Ardımca sürünər onlar dünyada.
Gecə solqun işıq saçsa da qəmər,
Günəş doğan kimi gözlərdən itər