Şeirlər

Miskin Abdal. Başın

Namərd ilə yoldaş olma,
Uzun ağrı çəkər başın,
Halal ilə ərsəyə çat,
Daş qalalar sökər başın.


Xain baxma yaradana,
Qibləgahdı ata-ana,
Arxalanma bəyə, xana,
Qoy sağ olsun nökər başın.


Haqdan istə bəxti-iqbal,
Yaradanı yadına sal,
Söz gövhərdi, Miskin Abdal,
Saxla, dürdü, tökər başın.