Təbiət

Dağlar

Dağların coğrafi izahı belədir: Zirvəsi, ətəyi, yamacı aydın nəzərə çarpan, nisbi hündürlüyü 200 m-dən çox olan müsbət relyef forması.  Əgər bu relyefin nisbi hündürlüyü 200 m-dən azdırsa, ona təpə deyilir. Təpə nisbətən hamar zirvəyə və az meylli yamaca malik olur.  Yer kürəsinin 24 faizi dağlıq ərazidir və insanların 10 faizi bu ərazilərdə yaşayır.  Asiyanın 54, Şimali Amerikanın 36, Avropanın 25, Cənubi Amerikanın 22, Avstraliyanın 17, Afrikanın isə 3 faiz ərazisi dağlardan ibarətdir.

 

Hündürlüyü 500-1000 metr olan dağlar kiçik, 1000-2500 metr olan dağlar orta-hündür, 2500 metrdən artıq olan dağlar isə hündür dağlar adlanır. Yaşına görə də dağlar 3 qrupa bölünür: cavan, qoca, yenidən cavanlaşan dağlar. Yer səthində dağlara, demək olar, tək halda rast gəlinmir. Dağlar, adətən zəncir şəklində uzanır ki, belə dağlara sıra dağlar deyilir. Dünyanın ən uzun dağ silsiləsi Cənubi Amerikanın qərbindəki And dağlarıdır. Onun uzunluğu 9 min kilometrə çatır.

 

Dünyanın ən hündür zirvəsi Himalay dağlarındadır. Comolunqma (Everest) adlandırılan bu zirvənin hündürlüyü 8848 metrdir.  Dünyada digər uca zirvələr də vardır: Kostyuşko (2228 metr), Mak Kinli (6194 metr), Kordiler (6960 metr), Punçak-Caya (5030 metr), Kilimancaro (5895 metr).  Əksər çaylar mənbəyini dağlardan götürür.