
Müasir həyatı kompütersiz təsəvvür etmək çətindir. Onun köməyi ilə qatarların hərəkətini tənzimləmək, zavodda texnoloji prosesi idarə etmək, qəliz cərrahiyyə əməliyyatları aparmaq və kosmik stansiyaların uçuşunu nəzarətdə saxlamaq mümkündür. Yer kürəsinin müxtəlif nöqtələrində yaşayan insanlarla ünsiyyət qurmaq necə də gözəldir. Belə qəliz məsələlərin həlli və kompüterdən istifadə etmək asan olsun deyə proqramçılar xüsusi proqramlar hazırlayırlar.
Kompüterlər böyük həcmdə informasiya daşıyan məsələləri həll edir yüzlərlə hesablama apara bilir. Onlar özündə rəqəmlərlə ifadə olunmuş saylardan, hərflərlə ifadə olunmuş sözlərdən, həmçinin rəqəm, hərif və müxtəlif işarələrdən ibarətdir. Bu cür informasiya “maşın dili” və ya “proqramlaşdırma dili” adlanır. Kompüterin ürəyi xüsusi elektron sxem olan prosessordur. Məhz o, kompüterə daxil olan bütün informasiyaları qəbul edir. Prosessorun işini isə proqram aparır. Proqram maşının başa düşdüyü xüsusi dildə yazılıb. Əgər proqramlar olmasaydı ən müasir kompüter ən sadə riyazi məsələni həll edə bilməzdi. Məhz bu zaman köməyə kompüter üçün nəzərdə tutulmuş məsələni onun başa düşəcəyi dilə çevirən proqramçı gəlir.

Peşəkar proqramçı olmaq üçün kompüterlə eyni dildə danışmaq istedadı və işi sona çatdırmaq bacarığı lazımdır.
Hazırda proqramçılar tərəfindən yazıları bir dildən digərinə tərcümə edən, qəliz riyazi hesablamalar aparan, şahmat oynaya və hətta cizgi filmləri çəkə bilən çox sayda müxtəlif proqramlar hazırlanıb. Bundan başqa onlar müəyyən təşkilatlara lazım olan tapşırıqlar üzərində də işləyirlər. Buna görə də sən biznesmenlərin ofislərində, dükanlarda, bilet kassalarında, poliklinikalarda və demək olar ki, hər yerdə kompüterlə rastlaşırsan.
Ada Lavleys adlı qadın ilk proqramçı kimi tarixə düşüb. 1833-cü ildə o, həmin dövrdə sadə məsələləri həll edə bilən mexaniki “analitik” maşının ilk modeli üçün bir neçə proqram hazırlayıb. 1941-ci ildə isə Alman mühəndisi Zuse proqramlaşdırıla bilən ilk işlək kompüter, həmçinin onun üçün ilk proqram və ilk proqramlaşdırma dilini yaradıb. Lakin proqramçı peşəsi XX əsrin ortalarında formalaşıb.
Əgər sən proqramçı olmaq qərarına gəlmisənsə tək riyaziyyat və informatika ilə iş bitmir. İngilis dili də sənin gələcək peşən üçün çox gərəklidir. Axı böyük həcmdə sənədləşmə və elmi-texniki ədəbiyyat əsasən xarici dillərdə dərc olunur. Həmçinin tarix, ədəbiyyat, coğrafiya kimi fənlər yaddaşı yaxşılaşdırır və oxuma sürətini artırır. Bütün bu vərdişlər yeni alqoritm və ya proqramlaşdırma dillərini öyrənməyə kömək edir.
28.11.2014