Bu maraqlıdır!

Uolt Disney haqqında maraqlı faktlar

Uolt Disney kinoşirkəti 1923-cü il 16 oktyabrda yaradılıb. Həmin dövrdən brend rəngarəng uşaq aləmi ilə sıx bağlı olub. Belə ki, hər birimizin sevimlisinə çevrilmiş bir çox cizgi filmləri məhz bu şirkət tərəfindən buraxılıb. Disney-in sayəsində dünya üzrə məşhur Disneyland parkı salınıb. Uolt Disney özü belə demək olarsa, qeyri-adi bir insan idi. Ona görə də barəsində bir çox maraqlı faktlar üzə çıxıb.

 

Uolt Disney-in təkcə istedadlı multiplikator deyil həm də təcrübəli bir iş adamı olmasına heç bir şübhə yoxdur. O, böyük bir imperiyanın əsasını qoyub, uşaqlar üçün əyləncə və cizgi filmlərinin təşkilində əsaslı dəyişikliklər edə bilib. Karyerasının çiçəklənən dövründə gənc dahinin işlədiyi  qəzetdən istedad və ideyalarının olmamasına görə qovulması təəccüblü faktdır. Multiplikatorun unikallığı mübahisəsizdir – o, təxminən 1500 rəng tonunu ayıra bilirdi, halbuki, adi insanlarda bu limit 150-200 arasıdır.

 

Uolt Diseny tərəfindən çəkilən ilk qəhrəman Osvald adlı dovşan olub. Əgər ona olan hüquqları əlindən alınmasaydı o, multiplikatora böyük uğur gətirə bilərdi. Belə bir zərbəni, Uolt Disneyə əldə edilən qonorarı onunla heç bölmək istəməyən o vaxtki tərəfdaşı vurur. Baş verən bu hadisə onun üçün çox ağır bir hal olsa da, elə həmin gün, o, indiyədək məşhur olan Mickey Mouse-un eskizini çəkir.

 

Uolt Disney ilk cizgi filmlərini keçən əsrin XX-ci illərinin əvvəllərində ərsəyə gətirməyə başlayıb. Onlar həmin illərin texnologiyasına uyğun ağ-qara səssiz animasiyalar idilər. Multiplikator başa düşürdü ki, uğur əldə etmək üçün zamanla ayaqlaşmaq lazımdır. Beləcə, səsli cizgi filmləri üzərində işlərə başlayır.  İlk səsli qəhrəman məşhur Mickey Mouse olur. O, Uolt Disneyin səsi ilə danışırdı.

 

İlk Oskar mükafatını multiplikator hələ 1932-ci ildə “Ağılsız simfoniyalar” cizgi filminə görə alıb. Bu mükafat 29-dan birincisi olub  və bu rekordu bugünə qədər hələ ki heç kim üstələyə bilməyib.

 

Uolt Disney tərəfindən yaradılan ilk tammetrajlı cizgi filmi “Ağca və yeddi cücə” animasiyalı şəkli olub. Onun üzərində üç il ərzində 570-dən çox rəssam-multiplikator işləyib. Onlar hər il milyonlarla rəngli kadrlar hazırlayırdılar. Onların işini sürətləndirmək üçün Disney rəssamları qruplara bölür – bir qrup əsas elementlərin şəklini çəkir, digəri isə qalan detalları tamamlayırdı. Nəticəsi də çəkilən əməyə uyğun olur – cizgi filmi, uzun müddət bütün zamanların ən çox kassa satışı olan kinolenti olur. Onun prokatı 100 milyon dolları ötüb. Belə ki, o öz yaradıcısına növbəti  Oskarı qazandırıb.

 

Qəhrəmanların necə yaradılmasını öz gözləri ilə görmək üçün bir çox insan Disneyin film studiyasına gəlmək arzusunda idi. Onların bu niyyəti Disneyland ideyasını formalaşdırır. Beləcə, multiplikator bütün sərvətini qoyur və 1954-cü ildə Yeni Orleanda  65 hektarlıq portağal bağı alır. Orada o, əyləncə parkının tikintisinə başlayır.

 

Disneyland-in daha bir özəlliyi ondan ibarətdir ki, bu yaxınlara qədər əməkdaşlara saqqal və bığ saxlamaq qadağan olunub. Bu Disney-in özünün qərarı idi. O,  park işçilərinin səliqəsiz görünüşünün gələnləri narahat etməməsi üçün belə etmişdi. 50 il ərzində bu qayda pozulmaz olaraq qaldı və ancaq bu yaxınlarda saqqal və bığa qoyulan qadağa aradan qalxdı. Lakin indiki park rəhbərliyi necə bir saqqalın qəbul edilməsi ilə bağlı təklifləri təsdiqləyib.

 

Cizgi filmlərini yaradarkən  Disney və onun multiplikatorları real insanlara əsaslanıblar. Belə ki, “Ördək hekayələri” çoxseriyalı cizgi filminin quldurları “Analar və Qavs qardaşları”nın prototipi 30-cu illərin quldur dəstəsinin üzvləridir.  Bundan başqa, Ələddinin eskizi Tom Kruzdan, Cin – Robin Uilyams, Ariel isə Alisiya Milanodan götürülüb. Bir çoxları təsdiqləyirlər ki, ilk animasiyalı qəhrəmanı Mickey Mouse-un prototipi isə Disneyin özüdür.

 

Tarixi boyu Disney münaqişələrsiz də keçinməyib. Qəribə deyil ki, onların əksəriyyəti “Kral şir” cizgi filmi ilə bağlı olub. İlk olaraq, lentdə göstərilən qəbireşənlərin (heyvan növü) fonundakı işıqla qane olmayan alimlər qəzəbləniblər. Araşdırmaçılar belə qərara gəliblər ki, bu heyvanlar barədə mənfi  təqdimat nəticədə onların nəsil strukturuna da məfi təsir edə bilər. Münaqişəyə digər bir səbəb isə cizgi filminin yaradıcılarının plagiatda günahlandırılması olub. Buna görə hətta az qala məhkəmə işi də başlayacaqdı. Belə məlum olub ki, mənzərə süjet xəttinə görə “Kimba – Ağ şir” yapon şousuna çox oxşayırdı. Lakin yaponlar şirkətin təcrübəli vəkillərindən ehtiyat edərək iddia irəli sürməkdən imtina ediblər.

 

Uolt Disneyin varisləri bugünün milyarderləridir. Onlara dünyanın 535 mağazası həmçinin hokkey və beysbol komandaları, möhürlü nəşrlər və telekanal məxsusdur. Onlar həmçinin mütəmadi olaraq Yaponiya, Çin və Fransada yerləşən  əyləncə parklarından da mənfəət qazanırlar. Uolt Disneyin özü isə 1966-cı il 15 dekabrda dünyasını dəyişib. O vaxtdan bugünə kimi həmin tarixdə Disneyland məkanlarda dahi yaradıcının şərəfinə bayraqlar endirilir.