Karlsbad Mağaraları
Karlsbad Mağaraları - ABŞ-ın Texas və Nyu Meksika ştatları arasında uzanan Qvadalupe dağında yerləşir.
Bu mağaraya “Böyük otaq” (Big Room) adlanan təbii əhəngdən ibarət 1220 metr uzunluğunda, 191 metr genişliyində və 78 metr hündürlüyündə böyük bir salon da daxildir. Şimali Amerikada ən böyük 5-ci, dünyada isə ən böyük 28-ci mağara salonudur.
Karlsbad mağaralarının mövcudluğu barədə yerli əhali çoxdan xəbərdardır.
Arxeoloqlar burada qədim qızıl dərililər tayfasının izlərini tapıblar. Təxminən 1000 il bundan əvvəl hindular sığınacaq axtararaq yeraltı boşluqlarda məskunlaşıblar. Onlardan bu günə qayaüstü şəkillər qalıb.
Kəşfi
1898-ci ildə Cim Uayt adlı gənc oğlan ətrafda dolaşaraq sürüdən uzaq düşmüş heyvanları axtarırdı. Birdən, çöldəki bir təpənin üzərində çox sayda yarasaların uçduğunu görür. Təsadüf nəticəsində Cim, yeraltı dünyaya aparan qapını tapır. Mağaraya enməkdən qorxmayan gənc demək olar ki, mağaranın böyük stalaqmit sütunlarına qədər gedib çıxır. Uayt buraya tez-tez gəlirdi və özü hazırladığı nərdivanın köməyi ilə mağaranın labirintlərini araşdırmağa çalışırdı. O, böyüyəndən sonra da mağara ilə bağlı bir çox tədqiqatlarını davam etdirdi. Mağaradakı bir çox salonu məhz o adlandırdı: "Big Room", Kraliçalar Salonu, Krallar Sarayı, Papon salonu, Nyu-Meksika salonu, Yaşıl Göl salonu və s.
Uayt salonlarla yanaşı, mağaralardakı bir çox quruluşu da adlandırdı: Totem Dirəyi, Kaftar Barmağı, Nəhəng Günbəz, Dibsiz Quyu, Fairlandiya, Aysberq Qayası, Günəş Məbədi, Dövrlər Qayası və s.
Mağara və milli park öz adını yaxınlıqdakı Karlsbad şəhərindən alıb. Şəhər isə öz adını indi Karlovi-Vari (həm də "Çarlzbat"(Çarlinin yarasaları) kimi tanınır) adlanan, əvvəl isə almanca "Karlsbad" kimi tanınan Çexiya şəhərindən götürüb.
Ziyarət
1932-ci ilə qədər n mağaranı ziyarət etmək çox çətin idi. Həmin ildən mağarada böyük Ziyarətçi məntəqəsi və aşağıya düşmək üçün iki qaldırıcı lift istifadəyə verildi. Yeni tikilidə kafe, muzey, təcili yardım məntəqəsi, gözləmə otağı yerləşirdi.
Əmələ gəlməsi
Karlsbad Mağaraları Milli Parkı əhəngdaşı yatağının torpaqaltı su təbəqəsinin üstündə olduğu yerdə yerləşir. Hətta aşağıda neft ehtiyatları olub. Sezonik eranın sonlarında hidrogen-kükürd neft təbəqəsindən yeraltı su təbəqəsinə sızmağa başlayıb. Hidrogen-kükürd ilə suyun tərkibindəki oksigenin birləşməsi kükürd turşusunu əmələ gətirib. Kükürd turşusu öz növbəsində əhəng daşını həll edərək mağaraları əmələ gətirib. Mağarada gipsin tapılması bu hadisəni təsdiq edir. Belə ki, bu maddə kükürd turşusu ilə əhəngin birləşməsindən yaranıb.
Suyun mağarada quruması ilə birlikdə burada Speleotim mineralları əmələ gəlib. Üst təbəqənin aşınması nəticəsində 1 milyon il içində Karlsbad mağaralarının indiki təbii girişi yaranıb. Yerüstü təbəqənin aşınması ilə hava mağaralara daxil olmağa başlayıb. Yağış suyu və qar ərintisi mağaranın dərinliklərinə sızıb və karbon-dioksidi özü ilə aparıb.
Bundan əlavə, mağaranın dibi suyun quruması nəticəsində özündə karbonat turşusu və başqa mineralları saxlaya bilir. Stalaqmitlər məhz belə yaranıb. Mağarada həm də başqa quruluşları görmək olar: Soda çöpləri, mağara manifakturaları, helektitlər, mağara popkornları və s.
Yüksək temperaturda torpaqda karbon-dioksidin əmələgəlmə göstəricisi artdığı kimi ətraf mühitin temperaturunun dəyişməsi mağaradakı speleotem qayalarına təsir edir. Speleotem qayalarının rəngi mineralların tərkibi formulları ilə müəyyən olunur.
29.01.2019