Didaskaleynofobiya - Məktəbə getmək qorxusu
Didaskaleynofobiya - məktəblilərə xas olan xüsusi əsəb pozuqluğudur. Yunan sözündən "məktəb qorxusu" kimi tərcümə olunur. Bu fobiya altında məktəblə əlaqəli müxtəlif şəkildə xüsusi qorxu nəzərdə tutulur. Məsələn, sinif yoldaşlarla pis münasibət, dərslərdə uğursuzluq, müəllimin pis rəftarı və s. amillər şagirddə məktəbə getmək qorxusu yəni “Didaskaleynofobiya” yaradır.
Bütün hallarda valideynlər uşağın narahatlığını yəni "beyin fəaliyyətində bir pozuqluğun olduğunu" təxmin edə bilmirlər.
Simptomlar
Bu fobik pozuqluq somatik səviyyədə özünü aşağıdakı simptomlarla ifadə edir:
hava çatışmamazlığı, asfiksiya;
ürək çırpıntıları;
həddindən artıq tərləmə;
titrəmə;
əzələ zəifliyi;
şüurun itirilməsi;
göbəkdə ağırlıq hissi;
Həzm sisteminin pozulması;
ürəkbulanma;
baş ağrıları.
Psixoloji baxımdan əsas simptom – “fobik hücum” qorxusudur. Yəni, didaskaleynofobiya simptomlarından başqa xəstəni, əsasən, hər kəsin onu bu vəziyyətdə görəcəyi qorxusudur.
Səbəbləri
Didaskaleynofobiya yalnız psixikanın hər hansı bir travmatik vəziyyəti nəticəsində nadir hallarda inkişaf edir. Onun formalaşması, əsasən, uzun müddət ərzində uşağın ruhuna təsir göstərən mənfi amillərdən ibarətdir.
Ön şərtlər aşağıdakı stresslər ola bilər:
Psixoloji təzyiq, digər uşaqların təzyiqi, ələ salmaları;
Yaşıdları tərəfindən fiziki zorakılıq təhdidləri;
Tədris heyəti və ya bir müəllim tərəfindən uşağın sevilməməsi;
Bütün sinif qarşısında uşağın tənqidə məruz qalması və s.
Didaskaleynofobiyanın necə öhdəsindən gəlmək olar
Uşaq həmişə məktəb qorxusunun səbəblərini tam olaraq açıqlaya bilmir. Çox hallarda, özü qorxularının mənbəyini yaxşı başa düşmür. Buna görə ixtisaslı mütəxəssisin köməyi olmadan öhdəsindən gəlmək çətin olur.
Adi psixoloq, müntəzəm söhbətlərdə, şagirdin psixikasına mənfi təsir edən faktları dəqiqləşdirməsinə kömək edəcəkdir. Psixoloq baş verən hər şeyə düzgün münasibət yaratmağa kömək edəcəkdir.
Uşaq psixoloqu, valideyn himayəsi olmadan fobiyadan əziyyət çəkən uşağa evdən kənarda rahat hiss etməyi öyrənəcək bir sıra üsulları öyrədəcəkdir.
Psixoloji müalicə ilə yanaşı, bəzi hallarda, yüngül antidepresanlardan istifadə, özünəgüvənmə terapiyası və ya digər fizioterapiya tədbirlərinin istifadə edilməsi nəzərdə tutulur.
07.01.2019