Yaşıl günəş işığı
Müasir elmə əsasən, Yaşıl günəş işığı- 1-2 saniyədən 5 dəqiqəyədək davam edən günəşin üfüqdə batması nəticəsində əmələ gələn nadir bir atmosfer hadisəsidir.
Müasir fizikada yaşıl rəngin görünüşünün şərti izahı atmosferdə günəş şüalarının qırılma (refraksiyası) ilə əlaqələndirilir.
Qeyri-adi hadisə şəffaf və sıx mühitdə müxtəlif uzunluqlarda olan işıq dalğalarının müxtəlif dərəcədə qırılması ilə izah olunur.
Yaşıl rəngin qırmızı rənglə müqayisədə daha sürətli qırıldığı elmi olaraq sübut edilmişdir.
Gün batarkən, bütün üfüq qırmızıya bürünür. Üfüqdən kənara çıxdıqda isə səma spektrinin qırmızı hissəsi böyüyür, göy maviləşir və tədricən qaranlıq düşür. Daha sonra sarı rəngli şüalar görünür və arxasında yaşıl rəng əmələ gəlir. Yaşıl rəng bir neçə saniyə ərzində görünür. Ancaq səpələnmə qabiliyyətinin az olması səbəbiylə biz bunu aydın görmürük.
Teoremə görə, yaşıldan sonra hətta sonuncu mavi və bənövşəyi rəngli şüalar olmalıdır. Amma səpələnmə qabiliyyəti yüksək olduğundan, biz onları görmürük.
Günəş doğuşunda isə tərs ardıcıllıq meydana gəlir. Birinci işıq yaşıl, daha sonra sarı, daha sonra narıncı, son isə qırmızı olur.
Yaşıl rəng çox aydın havada, əksər hallarda dəniz üfüqündə müşahidə edilməlidir. Bəzən havanın çox təmiz olması halında yaşıl mavi işıq kimi görsənir.
25.12.2018