Kəlilə və Dimnə-nin yaranması
Bu kitab qədim Hindistan torpağında hind filosofları tərəfindən yazılmışdır. Rəvayətə görə, Hindistanın Dəbşəlim adlı bir şahı varmış. Bu şah əvvəl-əvvəl mərhəmətli və qayğıkeş olsa da, sonralar şah taxtı onu çaşdırır və o, xalqı, öz şahlıq borcunu unudur.