Son əlavə olunanlar

Xəbərlər

“Ölkəmizi tanıyaq”: Kürdəmir məktəbliləri intellektual oyunda birinci olublar

Ötən dörd gündə Qəbələ, Şəki və Zaqatala rayonları ilə tanış olan, tarixi abidələrə, turizm obyektlərinə, istehsal müəssisələrinə ekskursiya edən Biləsuvar, Kürdəmir, Hacıqabul, Saatlı, Sabirabad, Zərdab, Ucar, Xocavənd, Laçın, Xocalı, Kəlbəcər məktəbliləri arasında “Nə? Harada? Nə zaman?” adlı intellektual oyun keçirilib.  

Şəkidə “Uşaq hüquqlarının müdafiəsi” mövzusunda seminar keçirilib

“Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"na uyğun olaraq, bu ilin oktyabrın 20-dən noyabrın 20-dək “Uşaq hüquqları aylığı” elan edilib.  

Gəncəli məktəbli: Lənkəranın gözəlliyi bizi heyran etdi

Lənkəranın gözəlliyi bizi heyran etdi. Buradan aldığım təəssürat ölçüyəgəlməzdir. İlk dəfədir cənub bölgəsində oluram. Çox sevinirəm. Bizə bu sevinci bəxş edən Prezidentimizə “Çox sağ olun!” deyirəm.

Məktəblilərə qış geyimləri verilib

Sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, aztəminatlı ailələrdən olan məktəblilərə Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə qış geyimləri təqdim olunub.    

“Uşaq Kitab Karvanı” layihəsi çərçivəsində kitabxanalara 500-ə yaxın kitab hədiyyə edilib

Mədəniyyət və Turizm nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə  “Uşaq Kitab Karvanı” layihəsi çərçivəsində həyata keçirilən səfərlər başa çatdı. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Salyan,  Neftçala, Biləsuvar və Sabirabad rayonlarında maraqlı görüşlər keçirilib.  

“Ölkəmizi tanıyaq”: tur-aksiya zamanı Azərbaycan Ordusunun aprel döyüşlərində qazandığı qələbədən söhbət açılıb + VİDEO

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə hərəkət edən 6 rayonun – Saatlı, Sabirabad, həmçinin məcburi köçkün rayonlardan olan Kəlbəcər, Laçın, Xocalı və Xocavənd məktəbliləri noyabrın 13-də Qəbələ ilə tanış olublar.