
Bakı, 4 yanvar, AZƏRTAC
Əziz uşaqlar! Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 2018-ci ilin yanvar ayında sizin üçün nəzərdə tutulan repertuarını təqdim edirik:
6, 7 yanvar - Sten Li. “Hörümçək adam”;
13 yanvar – Abdulla Şaiq. “Tıq-tıq xanım”;
14 yanvar – Pərvin Nurəliyeva. “Dəcəl keçi”;
20 yanvar – Dilsuz. “Əlincə qalası”;
21 yanvar – Canni Rodari. “Çipollino”;
26 yanvar – Abdulla Şaiq, Süleyman Sani Axundov. “Qaraca qız”;
27 yanvar – Yevgeni Şvarts. “Qırmızı papaq”;
28 yanvar – Hans Kristian Andersen “Çirkin ördək balası”;
29 yanvar - ərəb xalq nağılı “Ələddinin sehrli çırağı”;
31 yanvar – Vasili Siqarev “Ağ ölüm”.
Tamaşalar saat 10:00, 12:00, 14:00, 16:00 və 18:00-da nümayiş olunacaq.
05.01.2018